18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Putin ölkədəki etiraz aksiyalarına münasibət bildirib
Rusiya prezidenti Vladimir Putin ölkədə ötən bazar günü korrupsiya əleyhinə keçirilən etiraz aksiyalarına münasibət bildirib.
Emtv.az-ın apa-ya istinadən verdiyi məlumata görə, Arxangelskdə keçirilən Arktika Forumunda çıxış edən V. Putin korrupsiya əleyhinə mübarizə məsələsinin hər zaman ictimaiyyətin diqqət mərkəzində olmasının tərəfdarı olduğunu söyləyib: "Mən şəxsən korrupsiya əleyhinə mübarizə məsələsinin hər zaman ictimaiyyətin diqqət mərkəzində olmasının tərəfdarıyam və bu problemlərə insanlar tərəfindən diqqəti hər zaman müsbət qəbul edirəm”.
Bununla yanaşı, V. Putin sanksiyalaşdırılmamış etiraz aksiyalarından kiminsə seçki öncəsi təbliğat məqsədilə istifadə etməsini yolverilməz adlandırıb: “Mən hansısa siyasi qüvvələrin hansısa siyasi hadisələr, o cümlədən ölkə daxilindəki seçki kampaniyaları ərəfəsində öz maraqları və siyasi səhnədə “raskrutkası” naminə bu üsuldan istifadə etməsini düzgün saymıram”.
Rusiya prezidenti qeyd edib ki, sanksiyalaşdırılmamış etiraz aksiyaları “ərəb baharı”na və Kiyevdə hakimiyyətin dəyişməsinə gətirib çıxarıb: “Bu hadisələrin bizim qonşumuzu, Ukraynanı hansı xaosa düçar etdiyini yaxşı bilirik”.
Emtv.az