SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda yeniyetmə futbolçular üçün ustad dərsləri təşkil olunub

30-03-2017, 12:15 | Oxunub: 11 328 |

Naxçıvanda yeniyetmə futbolçular üçün ustad dərsləri təşkil olunub
Naxçıvan şəhərindəki 16 nömrəli tam orta məktəbin mini-futbol meydançasında yeniyetmə futbolçular üçün ustad dərsi təşkil olunub. Bakıdan dəvət olunan məşqçilərin idarəçiliyi ilə keçirilən ilk məşq prosesində 100-dən çox məktəbli futbolçu iştirak edib.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının təşkil etdiyi ustad dərsləri 2 gün davam edəcək və bu prosesi Bakıdan gələn məşqçilər Cahangir Həsənzadə və İlham Əzizzadə aparacaqlar.

Məşqçi Cahangir Həsənzadə keçirilən ustad dərslərinin məqsədi barədə danışaraq deyib ki, təlimləri AFFA və aidiyyəti qurumların birgə təşkil etməsində məqsəd ölkədə uşaq futboluna olan marağı artırmaq, həmçinin məktəblərdə istedadlı futbolçuları üzə çıxarmaqdır: “Keçirdiyimiz ilk məşq prosesi barədə müsbət fikirdəyəm. İstedadlı uşaqlar çoxdur və biz onları qısa vaxt kəsiyində olsa da, düzgün istiqamətləndirməyə çalışdıq. Naxçıvanda uşaq futbolu ilə məşğul olan peşəkar məşqçilər var və onlar bu cür stadionlarda uşaqlara daha uğurlu karyera bəxş etməyə qadirdirlər. Martın 30-da daha bir ustad dərsi olacaq. Dərsləri fərqli məkanlarda təşkil etməyimizin əsas məqsədi digər uşaqların da bacarıqlarına bələd olmaq və əlimizdən gəldiyi qədər onlara fürsət verməkdir. Digər tərəfdən, biz özümüz də istedadlı uşaqların adlarını qeyd edirik və onların gələcəkdə uğurlu karyera qurmalarına kömək edəcəyik”.

Qeyd edək ki, bu gün Naxçıvan şəhərindəki 11 nömrəli tam orta məktəbin mini-futbol meydançasında da ustad dərsləri keçiriləcək. Ustad dərslərində, ümumilikdə, 300 məktəbli, “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun məşqçi heyəti və oyunçuları da iştirak edəcəklər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR