17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Zakir Quliyev Əhməd Əhmədzadəni ram edə biləcəkmi?-ASC-də kreslo davası
Yaxın günlərdə Əhməd Əhmədzadə rəhbəri olduğu Meliorasiya və Su Təsərrüfatı ASC-də köklü kadr islahatları apracaq. Buna səbəb isə, Meliorasiya və Su Təsərrüfatı ASC dövlətin ən çox korrupsiyalaşmış və büdcədən ayrılan pulların “silinən” qurum kimi kimi hesab olunmasıdır.Son günlər ölkə mediasında Əhməd Əhmədzadənin ASC-də baş alıb gedən qanunsuzluqlar, korrupsiya faktları və yerlibazlıq siyasəti aparıldığı qey olunur.
Emtv.az yerli mətbuata istinadən bildirir ki, ASC-də ən güclü və maddi-siyasi gücə sahib olan şəxs Əhməd Əhmədzadənin müavini Zakir Quliyevdir. Bu şəxsin ASC-də Əhməd Əhmədzadə qədər nüfuza və söz sahibliyinə malik olduğu bildirilir.
ZAKİR QULİYEV ƏHMƏD ƏHMƏDZADƏYƏ QARŞI SƏLİB YÜRÜYÜŞÜ
Əhməd Əhmədzadənin yerinə keçmək istəyən və özünü ona ən iddialı rəqib kimi görən Zakir Quliyev, artıq hərəkətə keçibdir. Belə ki, Əhmədzadənin yaxın günlərdə start verəcəyi kadr islahatında Quliyevin vəzifədən azad olunacağı gözlənilir. Çünki Əhmədzadə Quluiyevi özünə böyük təhlükə və rəqib bilir.
Ancaq Əhmədzadənin Zakir Quliyevi ram edəcəyik heç də real görünmür. Çünki Quliyev uzun illərdir qrumda kök salmış, və komanda lideri kimi tanınır.
Zakir Quliyevin rəqibi Əhmədzadənin qaynı, Aparat rəhbərinin köməkçisi Ramiz müəllim və Suvarma sistemlərinin istismarı şöbəsinin müdiri Əjdər Cavadovdur. Zakir Quliyevin uzun illər boyu məhz Əjdər Cavadovun və Əhmədzadənin qaynı ilə əlbir şəraitdə çalışdığı və hər il bu üçülüyün milyonlarla manat dövlət vəsaitini mənimsədiyi iddia olunur.
Digər bir məluamta görə, Zakir Quliyevin çətiri altına aldığı və şərti olaraq ASC-də «Zakir qruplaşması» olaraq bilinən idarə müdirləri aşağıdakılardır:
1. Kür Araz çaylarında Bəndlərin İstismar İdarəsidir müdiri Elman Nuriyev;
2. Sabirabad Suvarma Sistemləri idarəsinin müdiri Əflan İsmayılov;
3. İmişli Suvarma Sistemləri İdarəsinin müdiri Mütəllim Bədirov;
4. Saatlı Suvarma Sistemləri idarəsinin müdiri Tahir Rzayev;
5. Mərkəzi Muğan Kollektorların İstismar İdarəsinin müdiri Qasım Qasımov;
6. Saatlı Mil Muğan Meşə Meliorasiya İdarəsinin müdiri Xanhüseyn Əhmədov;
7. Sabirabad Meliorasiya İdarəsinin müdiri Əliş Talıbov;
8. Sabirabad Mexaniki Suvarma Sistemləri İdarəsi Mirəlif Əzizov;
9. Mərkəzi Muğan QOSTİ idarəsinin müdiri Allahverdi Əliyev;
10. Sabirabad Melioservis İdarəsinin müdiri Rafiq Heydərov;
11. İmişli Melioservis İdarəsinin müdiri Rüstəm Vəliyev;
Mediada yazılanlara görə, Əhməd Əhmədzadənin müavini Zakir Quliyevin 5 milyonluq istixanası mövcuddur. Və buradan vacib sual ortaya çıxır. Zakir Quliyev 5 milyonluq istixanaya necə sahib olubdur? Yəqin ki bu istixana, Quliyevin biznesində ən xırda bir müəssədir. Digər biznes sahələri yəqin ki bu məbləğdən yüksək olar. Sözümüz ona yox, görəsən Quliyev etdiyi korrupsiya əməllərini niyə ört bastır edərək, mətbuatda özünə təriflər yağıdırır?! Bu hansı səbəblərdən irəli gəlir ki, bir idarə işçisi özünü mediada təriflətsin?!
Zakir Quliyev idarədə qohum-əqraba mafiası yaradıbdır. Öz yaxınlarını ASC-də yüksək vəzifələri təyin etdirir. Yazılanlara görə, Sabirabadda meliorasiya idarələri rəhbərləriyində təmsil olunanların hamısı Quliyevin yaxın qohumlarıdır. Eyni zamanda Sabirabadda digər idarə və müəssisə rəhbərləri Quliyevlərin yaxınlarıdır. Hansısa idarənin rəhbəri işdən çıxan kimi Quliyevlər həmin vəzifəni dərhal alıb öz adamlarını yerləşdirirlər.
Zakir Quliyev 2010-cu ildə Kür çayı daşandan sonra külli-miqdarda pul qazanmaq imkanı əldə edib. Kür çayının sahilində bənd vurma işlərini yaxın adamlarına tapşırıb, onlarla iş birliyi yaradıb. Bütün bu imkanlara sahib olan Quliyev indi Əhmədzadənin yerinə iddialıdır”.
Qaynağımız əlavə edir ki, bəndvurma işlərində tenderlə qalib olan sahibkarlara tapşırılıb ki, Şirvanda yerləşən “Kapitalbank”da hesab açdırsınlar və vəsait ora köçürülsün:
“Təkcə Sabirabad rayonunda Quliyev 6 hektar torpaq sahəsində hər birinin maya dəyəri 1 milyon 470 min manat olan 3 böyük istixana tikdirib. İstixananı Türkiyədən gələn mütəxəssislər inşa edib. Türkiyəli işçilərəQuliyev hər ay 3 min manat əmək haqqı ödəyib. İstixanada tərəvəzlərdən pomidor və xiyar əkilərək becərilir.Hər gün 20 ton məhsul verən istixanadan 1 ağır tonnajlı yük maşını çıxır”.
Mənbə qeyd edir ki, Z.Quliyev artıq özünü sədr postunda görür və karyerasını daha yüksək vəzifədə davam etdirmək istəyir. Ancaq onun arzusunun reallaşacağı bilinmir.
Emtv.az