17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Nazir kitab şəbəkəsi yaradır – Özəl nəşriyyatlar sıradan çıxarılır…
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yeni biznes sahəsinə qədəm qoyub.
Emtv.az xəbər verir ki, qaynar-ın əldə etdiyi məlumata görə, nazir ərzaq, turizm, kənd təsərrüfatı, bankçılıq, pambıqçılıq, tikinti, təhsil və başqa bizens sahələrinin ardınca kitab biznesinə başlayıb. Məlumatda bildirilir ki, Heydərov müxtəlif adlarda nəşriyyatlar yaratmaqla ölkədə bütün sahələrdə nəşr edilən kitabları öz nəzarəti altına alır.
Məqsəd özəl nəşriyyatları sıxışdırıb bazardan çıxartmaqla bir mərkəzdən idarə olunan nəşriyyatlar yaratmaqdı. Artıq nazirin nəzarətində olan TEAS, 3 ALMA və AZBOOK nəşriyyat evləri yaradılıb.
Kəmaləddin Heydərov nəşriyyat evləri ilə yanaşı, yeni kitab satışı şəbəkəsi də yaradır. İlk belə mağaza Bakı Hava limanında fəaliyyətə başlayıb. Məlumata görə, Bakıda böyük hipermarketlər kimi fəaliyyətə başlayan BRAVO-ların böyük hissəsini yeni kitab şəbəkələri tutacaq. BRAVO Ukrayna dairəsinə yaxın, köhnə Nargilə kafesinin yanında növbəti hipermarketini açmağa hazırlaşır. Ondan sonra isə isə 20 yanvar metrostansiyasının yaxınlığından, köhnə Avtovağzal ərazisində hipermarket açılacaq.
Kəmaləddin Heydərovun kitab mağazaları əsasən köhnələri ləğv etməklə onların yerində fəaliyyət göstərəcək. Artıq bu yöndə ilk addımlar atılıb. Nazirin böyük alış-veriş mərkəzlərində fəaliyyət göstərən “Əli və Nino” kitab satış mərkəzlərinin yerində öz mağazalarını açmaq məqsədi ilə danışıqlara başladığı bildirilir. Məlumata görə, “Əli və Nino”nun çox sayda işçisi artıq Kamaləddin Heydərovun kitab şəbəkəsinə transfer olunub.
Yeni yaranan mərkəz xaricdən gələn kitabları da nəzarətə götürür. Belə ki, Türkiyə və Rusiyadan gələn kitabların vahid satış bazası formalaşdırılır. Bu isə da o deməkdir ki, adıçəkilən ölkələrdən gələn kitablara gömrükdə ciddi əngəllər yaradılır.
Emtv.az/L.Xubyarzadə