17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“AZƏRİQAZ”da ŞOK TALAN! – Audit şirkəti dəhşətli korrupsiya faktlarını ortaya çıxardı
Bu günlərdə Dövlət Statistika Komitəsi “Azəriqaz”da ötən il ərzində 144 milyon kubmetr qazın itkiyə getdiyini açıqlamışdı. Lakin bunun ardınca “Azəriqaz” İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyev YAP-ın saytına müsahibəsində qaz itkisinin bundan daha az-cəmi 2.6 milyon manatlıq olduğunu açıqlamışdı. Nəticədə heç kim baş çıxara bilmədi ki, kim düz deyir-Dövlət Statistika Komitəsi, yoxsa “Azəriqaz”ın rəhbəri?
İndi virtualaz.org-a daxil olan mötəbər sənəddən-nüfuzlu “Ernst and Young” beynəlxalq audit şirkətinin “Azəriqaz” İB-da apardığı auditin nəticələrindən məlum olur ki, bu rəqəmlərin heç biri doğru deyilmiş. Və “Azəriqaz”da qaz itkisinin həcmi Dövlət Statistika Komitəsinin açıqladığından dəfələrlə çox-ildə 700 milyon kubmetr təşkil edirmiş. Bu, Albaniya kimi kiçik ölkənin illik qaz tələbatının az qala hamısı, Gürcüstan və Ermənistanın qaza olan tələbatının isə üçdə biridir.
Verilən qazın 19 faizi hara yoxa çıxır?!
“Ernst and Young” şirkəti “Azəriqaz”da auditi ötən il aparıb, hesabat dövrü 2013-2015-ci illəri, habelə 2016-cı ilin bir qismini əhatə edib. Auditin nəticələrinə əsasən “Azəriqaz”da xərclər xammal və materialların alınmasında, nəqliyyat xərclərində və təmir işlərində şişirdilir. İstehsalat Birliyində əsas probemli sahələr aşağıdakılardır: 2013-2015-ci illər ərzində “Azəriqaz”da qaz təchizatı və sərfiyyatı arasında uyğunsuzluq (balansın pozulması, yaxud qaz itkisi) 17 faizdən 19 faizə qədər artıb. Hər il qaz şəbəkəsində 508 mindən çox sızma qeydə alınır ki, bunun 76 faizdən çoxu ya aradan qaldırılmır, ya aşkara çıxarılandan azı 90 gün sonra aradan qaldırılır. Sızmalar nəticəsində cəmi qaz itkisi 611 milyon kubmetr təşkil edib.
Satınalmalarda korrupsiya: qiymətlər 20 faiz şişirdilir
“Azəriqaz”a istehlak olunan qaza görə borcu yaranan 691 min abonent olsa da onların 80 faizinin qaz təchizatı kəsilməyib. Hansı ki, bu, qanuna ziddir. Audit nəticələrinə əsasən “Azəriqaz” İB tabe olduğu SOCAR-ın satınalmalara dair tenderlərin keçirilməsi barədə təlimatlarını pozur. Alınan mal və materialların qiyməti orta bazar qiymətini 20 faizdən çox aşır, yəni xərclər azı 20 faiz şişirdilir. Habelə “Azəriqaz” İB-nin indiki istehsalat və idarəçi kadrlarının sayı onun tələbatını xeyli aşır. Qaz təchizatı və istehlakı arasında balansın pozulması dünya üzrə ən yaxşı praktikanı 38 dəfədən çox ötüb keçir.
“Ernst and Young” müəyyən edib ki, “Azəriqaz” İB-də qaz itkilərinin, abonentlərə ötürülən qazla yığılan vəsaitin arasında uyğunsuzluğu araşdırmaq üçün faktor analizi həyata keçirilmir, itkilərin yaranmasının səbəbləri araşdırılmır. Auditin nəticələrinə əsasən ölkənin qaz operatorunun orta illik debitor borcu 200 milyon manatdan çoxdur, üstəlik “Azəriqaz”da debitor borclarla iş üzrə təsdiqlənmiş prosedur mövcud deyil.
Qaz itkisinin əsas səbəbi-sızmalar
Audit çərçivəsində şirkət 2016-cı l mayın 10-dan 16-na qədər “Azəriqaz”la birlikdə pilot layihə həyata keçirib. 121 abonenti olan çoxmərtəbəli binaya və 38 abonentə malik fərdi yaşayış sahəsinə verilən qazla sərf olunan qaz həcmi arasında uyğunsuzluq araşdırılıb. Məlum olub ki, çoxmərtəbəli binada sərf olunan və sayğac göstəriciləri ilə qeydə alınan qaz həcmi ilə “Azəriqaz”ın bu binaya verdiyi qaz həcmi arasında 8.5 faiz, fərdi abonentlərə verdiyi qazla istehlak olunan qaz həcmi arasında isə 15.27 faiz fərq var. Bu fərqin əsasən 3 amildən yarandığı müəyyən edilib. Bunların arasında əsas rolu qaz sızmaları oynayır. (İtkilərin 90 faizə qədəri qaz sızmalarının payına düşüb). İkinci amil sayğac cihazlarının xətası və üçüncüsü temperatur korreksiyasının aparılmamasıdır. Audit şirkəti “Temizqaz” MMC ilə birlikdə həmin fərdi yaşayış sahəsində sızmaları aradan qaldırıb və nəticədə qaz itkisi cəmi 1.43 faizə düşüb.
İldə 700 milyon kubmetr qaz itkisi
“Hazırda “Azəriqaz” İB-nin şəbəkəsində ildə 508 mindən çox qaz sızması qeydə alınır və bu zaman sızmaların cəmi 23.6 faizi vaxtında aradan qaldırılır. Sızmalar nəticəsində illik qaz itkisi 700.8 milyon kubmetr təşkil edir”-audit nəticələrində deyilir. Hesabata əsasən sızmaların cəmi 2.4 faizi yeraltı borularda baş verir, lakin itkilərin 676 milyon kubmetri məhz bu sızmalar nəticəsində yaranır. Aşkar olunan sızmaların aradan qaldırılması qaydası təsadüfi müəyyən edilir, bu zaman sızmalardan nə qədər qaz itkisi yarandığı hesablanmır. Hazırda Bakı şəhərində metal qaz borularının cəmi 6 faizi (36.2 km) elektro-kimyəvi mühafizəyə malikdr. Həmin elektro-kimyəvi mühafizə stansiyalarının 29-dan 3-ü işlək deyil.
Audit müəyyən edib ki, “Azəriqaz” İB-ni smart sayğaclarla təchiz edən ITRI şirkəti indiki şərtlər və təchizatla heç ayda 8.5 min sayğacı yoxlamağa imkan vermir. Hansı ki, ayda azı 32.2 min sayğac yoxlanılmalıdır. Sayğacların vaxtında yoxlanılmaması nəticəsində qaz itkisi daha 5.32 milyon kubmetr artacaq.
Personal sayı şişirdilib
“Ernst and Young” bildirir ki, “Azəriqaz”ın təşkilatı strukturu da optimal deyil, personalın azı 27 faizi ixtisar oluna bilər. İstehsalat Birliyinin özündə və strukturlarında bir-birini təkrarlayan vəzifələr, şöbələr və nə işlə məşğul olduğu bilinməyən vəzifəlilər geniş yayılıb. Şirkət “Azəriqaz”ın ictimaiyyətlə əlaqələr üzrə şöbəsinin də SOCAR müəssisələrinin ən yaxı praktikalarına uyğun gəlmədiyini bildirir.
Audit nəticələrinə əsasən “Azəriqaz” İB-nin qeyri-profil strukturu olan Təmir-Tikinti İdarəsinin həyata keçirdiyi təmir işlərində problemlər meydana çıxır, idarənin personal sayı normadan artıqdır, təmir işləri zamanı boşdayanmalar, işçilərin bir-biri ilə razılaşdırılmamış fəaliyyəti kimi problemlər yaranır.
Qapalı tenderlər, sayğacların alınmasında 20 faizlik şişirtmə
Şirkət müəyyən edib ki, 2016-cı ildə “Azəriqaz” tərəfindən satınalmaların 97 faizi qapalı tenderlərlə həyata keçirilib, bu da qiymətlərin şişirdilməsi riski yaradır. Tenderlərin 73 faizinə mal-material resurslarını istehsal edənlər yox, həmin resursları alıb satanlar dəvət olunur ki, bu da satınalma qiymətlərinin şişməsinə gətirib çıxarır. Məsələn, SOCAR tərəfindən tərtib olunmuş strategiya 8.7 milyon manat dəyərində “Elster” mexaniki qaz sayğaclarının və “İTRON” smart-sayğacların tenderdən kənar alınması qaydasını müəyyən edir. Lakin “Azəriqaz”ın bu sayğacları birbaşa istehsalçı şirkətdən və ya onların rəsmi dilerlərindən almasına dair heç bir sənəd yoxdur. Sayğacların alınması zamanı qiymətlər faktiki olaraq 20 faiz şişirdilib.
Podratçılardan biri xərci düz 38 dəfə şişirdib
II HİSSƏ
“Ernst and Young” şirkətinin audit hesabatında “Azəriqaz” İB-də hökm sürən korrupsiya, təsərrüfatsızlıq və yarıtmaz idarəçilik barədə başqa sensasion faktlar da yer alır. Sənəddə “Azəriqaz” İB-də aşkarlanan pozuntu və problemlər barədə faktların həcmi böyükdür, sənədlə tanış olanda belə birmənalı qənaət hasil olur ki, ölkənin qaz operatorunda demək olar heç bir iş qaydasında deyil. Korrupsiya, pis idarəçilik, təsərrüfatsızlıq baş alıb gedir və bunun nəticəsində hər il böyük həcmdə qaz itkisi baş verir, on milyonlarla manatlıq ziyan dəyir.
O hansı abonentlərdir ki…
Məsələn, sənəddə göstərilir ki, “Azəriqaz” bir sıra sənaye abonentlərinin qaz sərfiyyatını qaz ölçən cihazların göstəriciləri əsasında deyil, orta aylıq sərfiyyat əsasında müəyyən edir. Bu zaman orta sərfiyyat göstəriciləri azaldılır və həmin abonentlərin əvvəllər qaz ölçü cihazlarının qeydə aldığı sərfiyyat həcmi ilə uyğun gəlmir. Audit sənədində bir neçə belə sənaye abonentinin abonent kodları göstərilib. Məsələn, belə abonentlərdən birinin qaz ölçü cihazı 2012-ci ildən sökülüb və indiyə qədər də yerinə qoyulmayıb. Digər abonentin qaz ölçü cihazı isə 2014-cü ildən sökülüb. Hansı ki, qanunvericiliyə görə belə abonentlərin qaz ölçü cihazları bu və ya digər səbəbdən söküldükdə ən çoxu 3 ay ərzində yenisi qoyulmalıdır. Audit hesablamaları əsasında müəyyən olunub ki, 2015-ci il ərzində sənaye abonentlərinə (istixanalar, istehsalat müəssisələri və digərləri) real sərfiyyat həcmindən 119.6 milyon kubmetr az qaz sərfiyyatı yazılıb.
Keyfiyyətsiz borular, sabun köpüyü və ildə 10.5 milyon kubmetr itki
Yaxud “Ernst and Young” müəyyən edib ki, “Azəriqaz” İB-nin yerüstü qaz şəbəkələrində hər il 199.2 min sızma halı aşkarlanır. Bunun nəticəsində ildə 10.5 milyon kubmetr qaz itkiyə gedir. Həmin sızmaların səbəbi isə “Azəriqaz”ın podratçısı “Global Service” şirkəti tərəfindən görülən keyfiyyətsiz işlərdir. Belə ki, qaz xətləri çəkilərkən aşağı keyfiyyətli borulardan və mənəvi köhnəlmiş kipləşdirmə materiallarından istifadə olunur. Borularda “rezba”lar kustar üsulla açılır, sızmanı yoxlamaq üçün primitiv metoddan-sabun köpüyündən istifadə olunur, çünki təmir briqadalarının sərəncamında kifayət qədər qazoanalizatorlar yoxdur.
Sayğacların alınmasında dəhşətli yeyinti-bazar qiymətlərindən 72 faiz baha
“Ernst and Young” müəyyən edib ki, “Azəriqaz” İstehsalat Birliyi SOCAR-ın satınalmalarla bağlı təlimatına məhəl qoymayaraq mal-material resurslarını açıq tenderlərdə deyil, qapalı tenderlərdə, bazar qiymətindən baha alır. Özü də belə tenderlərə birbaşa istehsalçı şirkətlər yox, hansısa vasitəçilər buraxılır.
Sayğacların alınmasında şişirtmə isə daha yüksək həddədir. Belə ki, sayğacların faktiki satınalma qiymətləri onların bazardakı analoqlarının qiymətini orta hesabla 72 faiz aşır. Audit nəticələrinə əsasən 2015-ci və 2016-cı illərdə mexaniki və smart sayğacların satın alınmasına dair tenderlərin hamısı qapalı keçirilib, bu tenderlərə məhdud sayda iştirakçı buraxılıb. Nəticədə alınan sayğacların qiymətləri “şişib”. Audit şirkəti göstərir ki, “Azəriqaz” sayğacların alınmasına dair tenderlər keçirərkən MDB ölkələrinin, Çin və Türkiyənin daha ucuz sayğaclarını nəzərdən keçirmir.
Sayğacların cəmi 6 faizi yararlıymış
Üstəlik məlum olub ki, “Azəriqaz”ın milyonlarla manat xərcləyib şişirtmə qiymətlərlə aldığı qaz sayğaclarının böyük əksəriyyəti hazırda yararsız vəziyyətdədir. “Müntəzəm yoxlamalar nəticəsində müəyyən edilib ki, yoxlanılan sayğacların cəmi 6 faizi sonrakı istismar üçün yararlıdır. Belə ki, “Goldcard” sayğaclarının qarantiya müddəti satın alındığı tarixdən etibarən 12 aydır, “İtron” və “Elster” sayğaclarının qarantiya müddəti isə 18 aydır”-audit hesabatında deyilir.
“Ernst and Young” tövsiyə edir ki, “Azəriqaz” sayğac təchizatçıların dəyişdirməli, qiymət baxımından daha sərfəli variant təklif edən təchizatçıları seçməlidir. Habelə sayğacların alınmasına dair tenderlər açıq keçrilməlidir. Hesablamalara görə sayğacların real bazar dəyərinə alınması hesabına ildə 12.5 milyon manat iqtisadi effekt əldə oluna bilər.
Emtv.az/Aysu Əliyeva