SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

İKİ DÖVLƏT ARASINDAKI BORC MƏSƏLƏSİ HƏLL OLUNUB

22-12-2015, 18:32 | Oxunub: 7 571 |

İKİ DÖVLƏT ARASINDAKI BORC MƏSƏLƏSİ HƏLL OLUNUB
“Azəristiliktəchizat” ASC və “Azəriqaz” İstehsalat Birliyi arasında borca görə yaranmış problemin aradan qaldırılması istiqamətində danışıqlar aparılır.

Bunu mətbuata açıqlamasında “Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

Onun sözlərinə görə, hökumət sözügedən məsələnin həll olunması üçün tapşırıqlar verib: “Nazirlər Kabinetinin tapşırığına uyğun olaraq, bu istiqamətdə işlər gedir. Borcun məbləği araşdırılır və birlikdə hesablanılır. Bu məsələdə köhnə borcların ödənilib-ödənilməməsi ilə bağlı mübahisəli rəqəmlər mövcuddur. Məsələyə “Azəriqaz” İB-nin nümayəndələri ilə birlikdə baxılır”.

Hələlik konkret hansı məbləğdən söhbət getdiyinin bilinmədiyini vurğulayan R.Əliyev qeyd edib ki, vəsaitin nə qədər olduğunu iki qurumun birgə yaratdığı komissiya müəyyənləşdirəcək. O vurğulayıb ki, bütün bu məsələlərə baxmayaraq, hazırda sakinlər istiliklə təmin olunur: “Bu məsələ iki dövlət qurumunun arasında olan məsələdir. Yəni, bundan heç kim zərər görməyəcək. Əsas odur ki, hökumətin tapşırığı ilə razılğa gəlmişik. Qazanxanaların qaz təminatı bərpa olunub və mənzillər istiliklə təmin olunur”.

Qeyd edək ki, "Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İB-yə borcu 8,4 milyon manat təşkil edib. Məbləğin 3 milyonu artıq ödənilib.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR