SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Fərəc Quliyev: “Artıq Nazirlər Kabineti ilə bağlı qərar verməyin zamanı çatıb”

28-03-2017, 08:52 | Oxunub: 10 342 |

Fərəc Quliyev: “Artıq Nazirlər Kabineti ilə bağlı qərar verməyin zamanı çatıb”
Vahid Əhmədov: “Dövlət başçısı bu barədə öz qərarlarını verəcək”; Mehman Əliyev: “İslahatlar hələ başlamayıb”
Hazırda siyasi sferada müzakirə olunan məsələlərdən biri də Azərbaycan hakimiyyətinin iqtisadi və siyasi sahələrdə həyata keçirəcəyi islahatlardır. Novruzdan öncə bayram istirahəti bitdikdən sonra iqtidarın sürətlə islahatlara başlayacağı deyilirdi…

Əsas diqqətlər vitse-prezidentlik institutunun formalaşmasına yönəlib. I vitse-prezident təyinatı olsa da, vitse-prezident postları boş qalıb. Bu postlara yaxın günlərdə təyinatlar olacağı ilə bağlı fikirlər dolaşır. İqtisadi böhranın səngimək bilmədiyi bir zamanda hökumətin əsas diqqəti islahatlara yönəldəcəyi deyilir. Büdcəyə qənaət üçün bir çox paralel qurumların birləşdiriləcəyi vurğulanır. Vəzifə təyinatlarında isə gənc kadrlara ciddi önəm veriləcəyi ilə bağlı fikirlər təkcə ölkə ictimaiyyəti daxilində deyil, hakimiyyət dəhlizlərində də dolaşır. Nazirlər Kabinetinin taleyinin necə olacağı isə hələ bilinmir. Vitse-prezidentlik institutunun yaradılmasından sonra formal quruma çevrilən Nazirlər Kabinetinin ləğvi ilə bağlı da anonslar verilir. Bayramqabağı parlamentin son iclasında bununla bağlı səslənən fikirlər bir çox mətləblərdən xəbər verir.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev hesab edir ki, islahatları bayramla bağlamaq doğru deyil: “Əsas olan odur ki, Strateji Yol Xəritəsi bütün istiqamətlərdə müəyyənləşib. Doğrudan çox sanballı, yaxşı işlənən sənəddir. İslahatlarla bağlı gecikmək olmaz. Dövrün də tələbi odur ki, islahatlara gedilməlidir. Neftin qiyməti ilə bağlı yaranmış vəziyyət, müharibə şəraitində yaşadığımızdan yaranan situasiya, bölgədəki mövcud vəziyyət onu deyir ki, biz təcili şəkildə iqtisadi sferada, eləcə də idarəetmə sistemində islahatlara getməliyik, paralelliyi aradan qaldırmalıyıq. Artıq Nazirlər Kabineti ilə bağlı qərar verməyin zamanı çatıb. Daim demişəm ki, idarəetmədə mərkəzləşmə ona görə vacibdir ki, paralellik olmasın, yəni Nazirlər Kabineti və Prezident Administrasiyası bir-birini tamamlamasın. Yerlərdə olan idarəetmədə də iş bölgüsü aparılmalıdır. İcra hakimiyyətləri ilə bələdiyyələr arasındakı paralellik aradan qaldırılmalıdır. Son parlament iclasında da bildirdim ki, bəzi məmurlar işlərinə məsuliyyətsiz, israfçı yanaşırlar, islahatlarla ayaqlaşa bilmirlər. Məncə, kadr islahatlarına çox ciddi şəkildə ehtiyac var. Bir daha deyirəm ki, bu məsələlərin bayrama aidiyyəti yoxdur, bu, dövrün tələbidir. Buna adekvat olaraq, müəyyən addımların atılması vacibdir”.
Fərəc Quliyev: “Artıq Nazirlər Kabineti ilə bağlı qərar verməyin zamanı çatıb”
İqtisadçı deputat Vahid Əhmədov bu təyinatlarda səlahiyyətlər prezidentə məxsus olduğuna görə qərarları da onun verdiyini söylədi: “Qərarların nə vaxt veriləcəyi cənab prezidentin səlahiyyətindədir. Amma əlbəttə, müəyyən gözləntilər var. Bunu mətbuatdan da oxuyuruq. Əsas məqsəd hazırlanan Strateji Yol Xəritəsinin həyata keçirilməsidir. Bununla 2018-19-cu illərdə Azərbaycanda ciddi inkişafa nail olmağa çalışmalıyıq. Bunu da həyata keçirmək üçün islahatlar aparmaq lazımdır. Yəqin ki, dövlət başçısı bu barədə öz qərarlarını verəcək”.
Fərəc Quliyev: “Artıq Nazirlər Kabineti ilə bağlı qərar verməyin zamanı çatıb”
“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev aprel ayından başlayaraq, vitse-prezidentlər institutunun formalaşması və digər proseslərin gedəcəyini qeyd etdi: “İslahatların olacağını gözləyirəm. Burada təkcə söhbət vitse-prezidentlər institutunun formalaşmasından getmir. Digər sahələrdə də dəyişikliklər olmalıdır. Siyasi məhbusların bir çoxunun həbsdə qalmasını islahatlara mane olmaq kimi qələmə vermək düzgün deyil. Çünki islahatlar hələ başlamayıb”.

Emtv.az/Aysu Əliyeva

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR