SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

İmişlinin daha iki kəndinə ilk dəfə təbii qaz verilib

17-03-2017, 11:52 | Oxunub: 9 779 |

İmişlinin daha iki kəndinə ilk dəfə təbii qaz verilib
İmişlinin daha iki kəndinə ilk dəfə təbii qaz verilib
İmişlinin daha iki kəndinə ilk dəfə təbii qaz verilib
İmişli şəhərinin 49 yaşayış məntəqəsindən 34-ü qazlaşdırılıb və hazırda bu istiqamətdə işlər davam etdirilir.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, qaz verilmiş kənd və qəsəbələrin sırasına rayonun Qaravəlli və Mirili kəndləri də əlavə olunub. Ümumilikdə 372 abonenti olan kəndlərin qazlaşdırılması üçün ümumi uzunluğu 4 min 835 metr polietilen və 37 min 254 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. mənzillərə Qaravəlli kəndində 173, Mirili kəndində isə 199 məişət sayğacı qoyulub və fərdi tənzimləyici quraşdırılıb.

Kəndlərə təbii qazın verilməsi münasibətilə Mirili kəndində keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev kənd sakinlərini təbrik edib.

Rayonda sosialyönümlü layihələrin uğurla yerinə yetirildiyini deyən V.Hacıyev kənd və qəsəbələrin qazlaşdırılmasını bunun əyani nümunəsi kimi dəyərləndirib. Qeyd olunub ki, ötən il rayonun 13 yaşayış məntəqəsi qazlaşdırılıb. Qaravəlli və Mirili kəndləri də daxil olmaqla, hazırda rayonun 36 kənd və qəsəbəsində “mavi yanacaq”dan istifadə olunur və daha bir kənddə bu istiqamətdə işlər davam etdirilir.

Kənd sakinləri əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda rəmzi məşəl yandırılıb və evlərə təbii qazın verilməsinə baxış keçirilib.

Emtv.az/Seymur Rəhimov

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR