17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İmişlinin iki kəndinə ilk dəfə təbii qaz verilib
İmişlinin qəsəbə və kəndlərinin qazlaşdırılması istiqamətində işlər davam etdirilir.
İndiyədək rayonun 49 yaşayış məntəqəsindən 32-si qazlaşdırılıb. Bu gün isə onların sırasına Məzrəli və Çaxırlı kəndləri də əlavə olunub. Ümumilikdə 1052 abonenti olan həmin kəndlərin qazlaşdırılması üçün bir pilləli sistem üzrə ümumi 3 min 530 metr uzunluğunda polietilen və 62 min 568 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici qoyulub.
Kəndlərə təbii qazın verilməsi münasibətilə Məzrəli kəndində keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev sakinləri təbrik edib. Qeyd olunub ki, təkcə ötən il rayonun 13 yaşayış məntəqəsi qazlaşdırılıb. Məzrəli və Çaxırlı kəndləri də daxil olmaqla hazırda rayonun 34 kənd və qəsəbəsində təbii qazdan istifadə edilir. Yaxın günlərdə daha 3 kəndin qazlaşdırılması başa çatdırılacaq.
Kənd sakinləri əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda rəmzi məşəl yandırılıb və evlərə təbii qazın verilməsinə baxış keçirilib.
Emtv.az