SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Xələf Xələfov Çinin Xarici Ölkələrlə Xalq Dostluq Cəmiyyətinin sədr müavini ilə görüşüb

14-03-2017, 13:14 | Oxunub: 9 516 |

Xələf Xələfov Çinin Xarici Ölkələrlə Xalq Dostluq Cəmiyyətinin sədr müavini ilə görüşüb
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ölkədə səfərdə olan Çinin Xarici Ölkələrlə Xalq Dostluq Cəmiyyətinin sədr müavini Sun Tsin-vu ilə görüşüb.

Emtv.az-ın XİN-in saytına istinadən verdiyi xəbərə görə, X. Xələfov Azərbaycan Respublikasının Çin Xalq Respublikası ilə bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Sun Tsin-vu Heydər Əliyev Fondunun dəvəti ilə Azərbaycanda səfərdə olmaqdan məmnunluq ifadə edib. Xalq diplomatiyasının təşviqi istiqamətində Fond və Cəmiyyət arasında əməkdaşlıq təqdirəlayiq hesab edilib və bunun insanlararası təmasların artırılmasında əhəmiyyəti qeyd olunub.

Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında siyasi, iqtisadi, ticarət, enerji, mədəniyyət, turizm, təhsil kimi sahələrdə əməkdaşlıq münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə yüksək səviyyədə olduğu qarşılıqlı şəkildə vurğulanıb. İki ölkənin Çinin “Bir Yol, Bir Dəhliz” layihəsi çərçivəsində əməkdaşlıq imkanları qeyd olunaraq, Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri istiqamətində Azərbaycan Respublikasının irimiqyaslı layihələr həyata keçirdiyi və vacib coğrafi məkana uyğun olaraq, güclü tranzit qovşaq infrastrukturu yaratdığı bildirilib.

Nazir müavini Azərbaycan Respublikasının “Vahid Çin” siyasətini dəstəklədiyini bildirərək, Çin Xalq Respublikasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələrin qəbulunda BMT TŞ-nin daimi üzvü kimi oynadığı əhəmiyyətli roluna və münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri çərçivəsində həll edilməsinə dair nümayiş etdirdiyi mövqeyinə görə təşəkkür edib. Öz növbəsində Tsin-vu Çin Xalq Respublikasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin müvafiq qətnamələri və Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinə dair mövqeyini təsdiqləyərək, Azərbaycan Respublikasının “Vahid Çin” siyasətini dəstəklədiyini yüksək qiymətləndirib.

Sonda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə birgə tədbirlərin keçirilməsi qarşılıqlı şəkildə dəstəklənib.

Emtv.az/L.Xubyarzadə

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR