SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

AZƏRBAYCAN MALTA MÜNASİBƏTLƏRİ İNKİŞAF EDİR

29-04-2016, 17:44 | Oxunub: 8 661 |

AZƏRBAYCAN MALTA MÜNASİBƏTLƏRİ İNKİŞAF EDİR
Aprelin 29-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizə rəsmi səfərə gəlmiş Malta Respublikasının xarici işlər naziri Corc Vella ilə görüşüb.

"EMTV.az" Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Malta ilə Azərbaycan arasında mövcud xoş münasibətlər fonunda səmərəli əməkdaşlığın dinamik şəkildə davam etdirilməsi üçün böyük imkanlar açıldığını qeyd edən tərəflər siyasi, iqtisadi, mədəni əməkdaşlığın perspektivi baxımından geniş müzakirələrin aparılmasının əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə, xüsusən enerji, sərmayə qoyuluşu, ticarət, turizm, mədəniyyət, infrastruktur və digər qeyri-neft sektorunda birgə əməkdaşlıq faydalı nəticələr verə bilər.

Maltanın xarici işlər naziri respublikamızın son illərdə artan beynəlxalq nüfuzundan məmnunluqla söz açıb. Malta Respublikasının Prezidenti xanım Mari-Luiz Koleyro Prekanın da qatıldığı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyətini və onun yüksək səviyyədə təşkil olunduğunu nəzərə çatdıran qonaq Malta dövlətinin beynəlxalq tədbirlərdə, o cümlədən Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq prosesinin inkişafında hər zaman Azərbaycanın yanında olduğunu, xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərini birmənalı şəkildə dəstəklədiyini bir daha bəyan edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR