17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
AZƏRBAYCAN VƏ QIRĞIZISTAN ARASINDA ƏMƏKDAŞLIQ İNKİŞAF EDİR
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksutov ilə görüşündə ölkələrimiz arasında mədəniyyət, informasiya, idman və turizm sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
"EMTV.az" Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanda Qırğızıstan, Qırğızıstanda isə Azərbaycan mədəniyyət günlərinin keçirilməsinin nəzərdə tutulduğu qeyd olunub.
Elmar Məmmədyarov ölkələrimiz arasında əlaqələrin xalqlarımızın bölüşdüyü ortaq tarix, mədəniyyət və etnik bağlılıq əsasında ikitərəfli və çoxtərəfli formatlarda inkişaf etdiyini bildirib.
Altınbek Maksutov Bakıda keçirilən VII Qlobal Foruma dəvətə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib, tədbirin işini və məramını yüksək qiymətləndirib.
Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər.