18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Gürcüstan səfirliyi Batumidə baş verənlərlə bağlı bəyanat yayıb
"Batumidə vandalizm aktı törədənlər cəzasını mütləq alacaq".
Emtv.az-ın apa-ya istinadən məlumatına görə, bu barədə Gürcüstanın Azərbaycandakı səfriliyinin ixtişaşlarla bağlı yaydığı bəyanatda deyilir.
Bildirilir ki, ölkə prezidenti Georgiy Marqvelaşvili zorakılığı pisləyib və dövlət institutlarına hörmət edilməsinin vacibliyini vurğulayıb.
Qeyd olunub ki, Batumidə vandalizm aktlarını törədənlərə cavab olaraq hüquq-mühafizə orqanları və Daxili İşlər Nazirliyi legitim və proporsional güc tətbiq edib. Zorakılığa yol verənləri həbs etmək və xəsarət alanlara dərhal kömək etməklə polis sabitliyin bərpa olunasına müvəffəq olub.
Həmçinin bildirilir ki, zorakı etirazlar müxalifət partiyaları tərəfindən dəstəklənib və Gürcüstanın digər bölgələrində etiraz aksiyaları təşkil edilib. Bundan başqa, etirazçıların könüllü şəkildə dağılması ilə bağlı bir neçə müraciət ünvanlandığı və bunun edilməyəcəyi təqdirdə qanun çərçivəsində gücdən istifadə ediləcəyi nəzərə çatdırılıb. Batumidə sülh və qayda-qanunun bərpa olunması üçün hökümət effektiv addımlar atıb:
“Bu hadisələri törədən şəxslər cəzasını mütləq alacaq. Onların zorakı hərəkətləri dözülməzdir.Bu şəxslər bilməlidir ki, onlar təqib ediləcək və müvafiq qurumlara təhvil verilcəklər. Batumidəki həbslər bunu nümayiş etdirdi".
Xatırladaq ki, Batumi şəhərində etiraz aksiyası zamanı baş verən qarşıdurma nəticəsində ən azı 30 nəfər xəsarət alıb.
Emtv.az/L.Xubyarzadə