17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanda ödənişli əsaslarla təhsil haqları azaldılıb
Azərbaycanda ilk peşə-ixtisas təhsili müəssisələrində çox mənbəli və alternativ maliyyə təminatına nail olunması və peşə təhsilinə əhalinin daha geniş təbəqəsinin cəlb edilməsi məqsədilə 2016/2017-ci tədris ilində ödənişli əsaslarla təhsil haqları azaldılıb.
Emtv.az-ın xəbərinə görə, Nazirlər Kabinetinin 2016-cı il üzrə hesabatında bildirilib ki, illik təhsil haqlarının yuxarı həddi 650 manatdan 500 manata kimi azaldılıb, ən aşağı təhsil haqqı isə 350 manat həcmində müəyyənləşdirilib.
Azərbaycanda ümumilikdə 604 uşağın, 2016-cı ildə isə 10 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb. Bununla yanaşı, alternativ xidməti olan 1 nömrəli Ailə tipli kiçik qrup evinə 3 nəfər uşaq yerləşdirilib, Lənkəran şəhərində Təhsil Nazirliyi tərəfindən oğlanlar üçün inşa edilən 2 nömrəli Ailə tipli qrup evinə yerləşdirmək üçün dövlət uşaq müəssisələrindən valideyn himayəsindən məhrum, tam kimsəsiz 12 nəfər uşaq seçilib. Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri və uşaq evlərində yaşayan 38 uşaq həmin müəssisələrdən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb. Təhsil Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 8-16 yaş arası 4 uşaq övladlığa verilib. Bakı şəhərində fəaliyyət göstərən 4 pilot müəssisədə I və II siniflər üzrə 24 nəfər əlilliyi olan uşaq inklüziv təhsilə cəlb edilib.
Hazırda Azərbaycanda 76 ölkədən 4971 əcnəbi tələbə təhsil alır ki, bu da ötən tədris ilinə nisbətən 14,4% artıqdır.
Emtv.az