18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Novruz bayramı yaxınlaşır - Qiymətlər düşəcəkmi?
“Bir ay öncə manat dollara nisbətən möhkəmlənməyə başladı. Belə ki, fevralın 3-də manatın dollar kursu əvvəli günə nisbətən 1.9200-dən 1.911-dək dəyişdi. Nəticədə, manat bü günə 1.7548 məzənnəsi ilə daxil oldu”.
Emtv.az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov sosial şəbəkədə yazıb. O qeyd edib ki, manat möhkəmlənən və ya dollar manata nisbətən ucuzlaşan zaman sahibkarlar 1 aydan sonra qiymət azalamalarını olacağını demişdilər: “1 ay arxada qaldı, amma hələ də qiymətlərdə eniş yoxdur. Xüsusən də, idxal olunan malların qiymətinin enməməsi və ya enidirilməməsi təəccüb doğurmaya bilməz. Əvvəlki, günlərdə anbarlarda məhsulların olması bəhanə gətirilirdisə artıq bu arqument də işləmir. Digər tərəfdən, xeyli sayda ərzaq məhsullarının saxlama müddəti günlərlə ölçülür. Maraqlıdır ki, dollar manata nisbətən möhkəmlənən zaman məhsulların qiymətini artıran sahibkarlar indi nədənsə qiyməti aşağı salmaq haqda düşünmürlər. Mart ayının bayramlar ayı olduğunu da nəzərə alsaq, sahibkarların qiymət endirimlərində maraqlı olmayacağını proqnozlaşdırmaq çətin deyil. Hətta əvvəlki illərin təcrübəsi göstərir ki, bayramlar zamanı qiymətlərin azalması deyil, artımı müşahidə edilir. Bazar qaydaları çərçivəsində qiymət monitorinqlərin gücləndirilməsinə ehtiyac var ki, qiymət azalmaları gözləyən istehlakçılar əksinə yeni qiymət artımları ilə üzləşməsinlər”.
Emtv.az