SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Qaragül” tanıtım nişanı ilə xarici bazara çıxarılan məhsul

2-03-2017, 12:46 | Oxunub: 6 291 |

“Qaragül” tanıtım nişanı ilə xarici bazara çıxarılan məhsul
Toy evində qələbəlik idi. Qonaqları qarşılamaq üçün ciddi hazırlıq görülür, mağar qurulur, ətlik heyvanlar kəsilir, təmizlik işləri aparılırdı. Bakıdan, Gəncədən gələn yaxın qohumlarla hal-əhval tutduq. Bu vaxt bizə yaxınlaşan uşaqlardan biri əl arabasındakı heyvan dərilərini göstərərək dedi:
– Ay ata, bunları hara atım?
– Hara atacaqsan oğul, evin yaxınlığında dərə var, atın ora. Əzəldən ora küllük yeri olub.
– O, əzəldən idi. İndi zaman dəyişib. Ora heç nə atmaq olmaz, – deyib qonaqların söhbətinə müdaxilə etdim.
– Bəs məişət tullantılarını hara atırsınız?
– Narahat olmayın, onun üçün də bir əncam çəkilib.
Hər kənddə olduğu kimi, bizim kənddə də təmizlik qutuları qoyulub. Ayrıca maşın təyin olunub, işçi ayrılıb. Tərtib olunmuş qrafikə uyğun olaraq tullantılar qutulardan götürülüb təyin olunmuş yerlərə daşınır.
Bu da bir yenilikdir, – deyən qonaqlar kəndlərimizdə qurulub yaradılanlara, qorunub saxlanılan təmizliyə, səliqə-sahmana heyran olduqlarını bildirdilər. Elə bu vaxt ev sahibi yaxınlaşdı.
– Dərilər hardadır? Nadir gəlib, verək aparsın.
– Nadir kimdir? – deyə soruşdular.
– Nadir dəri emalı müəssisəsinin rayonda olan nümayəndəsidir.
– Naxçıvanda dəri emalı müəssisəsi var?

– Əlbəttə, neçə illərdir, fəaliyyət göstərir, – deyib əl arabasındakı dəriləri darvazaya yaxınlaşan maşına yığdı.
Növbəti gün həmin müəssisə barədə oxucularımıza ətraflı məlumat vermək üçün üz tutduq Babək rayonunun Araz kəndinə. Qeyd edək ki, bu kənd son illərin quruculuq ərməğanlarından olan 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolu üzərindədir. Sаhibkаr Arzu Dünyamalıyev bildirdi ki, müəssisəyə Sаhibkаrlığа Kömək Fоndundаn dövlət mаliyyə dəstəyi göstərilib və layihəyə uyğun istеhsаl sahələri, хаmmаl və hаzır məhsullаrın sахlаnılmаsı üçün аnbаr, yеməkхаnа, inzibаti binа və digər yardımçı otaqlar tikilib istifadəyə verilib, dəri emalı sahəsində müasir texnoloji avadanlıqlar quraşdırılıb.
2011-ci ildən fəaliyyətə başlayan müəssisədə yüksəkkeyfiyyətli məhsul istehsalı və xammal ehtiyatının yaradılması üçün hərtərəfli şərait yaradılıb. Müəssisənin daha müasir texnoloji avadanlıqlarla təmin olunması diqqət mərkəzində saxlanılıb, İtaliya istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. Beləliklə, dəri emalı prosesində daha bir mərhələnin – müəyyən olunmuş təzyiqlə sıxılıb preslənərək dərinin tərkibində olan suyun kənarlaşdırılması prosesinin müəssisədə həyata keçirilməsinə başlanılıb.

Sahibkar xammal bazası barədə də danışaraq dedi ki, son illər muxtar respublikamızda həyata keçirilən kompleks tədbirlər, digər sahələrdə olduğu kimi, heyvandarlığın da inkişafına öz müsbət təsirini göstərib, fermer və fərdi təsərrüfatlarda iribuynuzlu və xırdabuynuzlu heyvanların baş sayı artıb. Nəticədə, daxili bazarın keyfiyyətli ət-süd məhsulları ilə təmin olunmasına əlverişli şərait yaradılıb. Ancaq kəsilən heyvanların dərilərinin tədarük olunub emal olunması problem olaraq qalırdı. Dəri emalı müəssisəsinin fəaliyyətə başlaması ilə kəsim zamanı iribuynuzlu və xırdabuynuzlu heyvan dərilərinin tədarük olunması problemi aradan qaldırıldı. Əvvəllər kəsilən heyvanların dəriləri tədarük olunmur, hara gəldi atılıb həmin ərazidə antisanitariya vəziyyəti yaradırdısa, indi bu müəssisənin nümayəndələri tərəfindən heyvan dəriləri tədarük olunur. Bu da hər bir fermerin gəlirinə müsbət təsir göstərir. Eyni zamanda rentabelliyin yüksəlməsinə səbəb olur, bazarlarda ucuzluq yaranır. Nəticədə həm istehsalçı, həm də istehlakçı qazanır.
Muxtar respublikamızda müasir texnoloji avadanlıqlarla təmin olunmuş “Bərəkət Ət Məhsulları Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətə başlaması dəri emalı müəssisəsinin də daha keyfiyyətli xammalla təmin olunmasına geniş imkanlar açıb. Belə ki, primitiv üsullarla kəsimi həyata keçirilən heyvan dərilərində kəsiklərin olması emal prosesində problemlər yaradır. “Bərəkət Ət Məhsulları Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində isə kəsimdən ətin təhvil verilməsinədək bütün proseslər avtomatlaşdırılmış sistemlə aparıldığından dərilərdə heç bir kəsik aşkar olunmur, emal prosesi yüksək səviyyədə aparılır.
Xarici bazarda rəqabətqabiliyyətli müəssisəyə çevrilmək, müştərilərin sayını artırmaq üçün keyfiyyət amili diqqət mərkəzində saxlanılır. Texnoloji proseslərə ciddi əməl olunur. Müəssisədə əhalidən və ət məhsulları kompleksindən tədarük olunan dəri duzlanıb bir ay, müxtəlif kimyəvi maddələr əlavə olunmuş barabanda isə iki gün saxlanıldıqdan sonra tükdən ayrılıb xüsusi avadanlıqlarda ətdən təmizlənərək xromlanır. Sonra müəyyən olunmuş təzyiqdə sıxılaraq dərinin tərkibində olan su kənarlaşdırılır. İstehsal olunan məhsul bağlanmış müqaviləyə uyğun olaraq, yarımfabrikat halında Türkiyə Respublikasına göndərilir.
Dəri emalı müəssisəsinin aylıq istehsal gücü 120 ton iribuynuzlu, 12-15 min ədəd xırdabuynuzlu heyvan dərisindən ibarətdir. Hazırda tələbata uyğun olaraq iribuynuzlu və xırdabuynuzlu heyvan dəriləri emal olunur.
Kollektiv yüksəkkeyfiyyətli məhsul istehsal etmək əzmi ilə çalışır. Muxtar respublikamızdan və ölkəmizin digər regionlarından tədarük edilən iribuynuzlu və xırdabuynuzlu heyvan dəriləri emal olunaraq “Qaragül” tanıtım nişanı ilə Türkiyə Respublikasında fəaliyyət göstərən, bu sahə üzrə qabaqcıl təcrübəyə malik sifarişçi şirkətlərin ünvanlarına göndərilir. Müəssisənin tam gücü ilə işləməsi və əlavə işçi qüvvəsinin cəlb edilməsi istiqamətində işlər davam etdirilir, dəri emalı sahəsində qabaqcıl təcrübəyə malik xarici şirkətlərlə əlaqələr genişləndirilir, təcrübə mübadiləsi aparılır.

Müasir texnoloji avadanlıqları idarə edən mütəxəssislərin hazırlanması istiqamətində görülən işlərdən də danışan sahibkar bildirdi ki, yeni istehsal müəssisəsinin fəaliyyət göstərməsi dərilərin emal olunaraq yarımfabrikat halında ixrac olunmasına əlverişli şərait yaratmaqla bərabər, əhalinin məşğulluğunun təmin olunmasına da geniş imkanlar açıb. Hazırda müəssisədə dəri emalı sahəsində müasir texnologiyanı mənimsəyən, yüksək əməkhaqqı və xüsusi geyim formaları ilə təmin olunan mütəxəssislər çalışır. Ayrı-ayrı rayonlarda isə fiziki şəxslərlə müqavilə bağlanılıb. Bu isə heyvan dərilərinin vaxtında tədarük olunub müəssisəyə gətirilməsinə imkan verir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR