SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanlıların qatili olan prezidentin sərvəti (VİDEO)

2-03-2017, 12:20 | Oxunub: 11 566 |

Azərbaycanlıların qatili olan prezidentin sərvəti (VİDEO)
Bu gün Azərbaycan xalqına qarşı həyata keçirilən vəhşi terror aktı, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılan 20 Yanvar hadisələrinin müəllifi olan Mixail Qorbaçovun 86 yaşı bitir. Son zamanlar ictimaiyyət arasında nadir hallarda görünən Qorbaçov indi harada və hansı vəsait hesabına yaşayır? Rusiya mətbuatı tarixin ən qara səhifəsinə imza atan, yüzlərlə insanın ölüm fərmanını verən Qorbaçovun gəlir mənbələrini müəyyən etməyə çalışıb.

Məlumdur ki, Qorbaçovdan sonra SSRİ kimi zəngin bir quruluş iri borc sahibi oldu. Onun hakimiyyəti zamanı qızıl ehtiyatı 10 dəfə azaldı, xarici borc isə 3 dəfəyə kimi artdı. 1990-cı illərdə ölkə iqtisadiyyatında olan oğurluqlar haqqında sənədlər yayıldı. Bunlarda qeyd edilirdi ki, Qorbaçov və onun yanın ətrafı SSRİ-nin qızıl ehtiyatının bir hissəsini ölkə xaricinə çıxarıb. Oğurlanan valyuta və qiymətli metalın dəyəri isə 11 milyard dollar qiymətləndirilirdi.

Lakin deyilənlər söz olaraq qaldı. O zaman heç kim - nə jurnalistlər, nə də müstəqil araşdırmaçılar "qızıl partiyasının" izinə düşə bilmədi.

Bu gün onun rəsmi gəlir mənbəyi kimi aldığı təqaüd göstərilir - 702 440 rubl (tərqibən 21 min manat). Lakin bu illər ərzində onun əlavə qazancı da kifayət qədər çox olub. 1990-cı ildə "Nobel" sülh mükafatına layiq görülüb (1 milyon dollara yaxın).

Bir il sonra o qeyri-kommersiya təşkilatı olan "Qorbaçov-fond"u yaratdı. Son zamanlara kimi əli yüzlərlə günahsız insanın qanına batan bu şəxs Rusiya və xarici universitetlərdə mühazirələr oxuyub. Qonorarı açıqlanmasa da, onların həcminin nə qədər olduğunu təxmin etmək çətin deyil.

Bir zamanların ən qüdrəti dövlətini idarə edən şəxsin hansı məntiqlə pizza və sairə reklamlara çəkildiyi aydın olmasa da, bunlar da ona böyük gəlir gətirib. Söhbət milyonlarla dollardan gedir.

2004-cü ildə o nüfuzlu musiqi mükafatı olan "Qremmi" də alıb. Qorbaçov musiqili nağıl "Petya və canavar", daha sonra onun davamı olan "Canavar və Petya"nın səsyazmasında iştirak edib. Onu nağılda müşayiət edənlər arasında Bill Klinton, Sofi Loren və Rusiya milli orkestri də olub.

Bundan başqa o filmlərdə rol alıb, bəzi layihələrdə münsif kimi iştirak edib. Təbii ki, müəyyən qonorar qarşılığında.

Bu qədər var-dövlətdən sonra M.Qorbaçoxun qayğısız həyat sürəcəyi gözlənilirdi. Amma bir necə gün öncə onun Almaniyadakı 17 otaqlı, 3 mərtəbəli, 600 kvadrat metrlik villasını satması xəbəri yayıldı. Ekspertlər bu villanın qiymətinin azı 7 milyon avro olduğunu deyirlər.

Milyonlarla dollar sərvəti olan SSRİ-nin eks rəhbərinin nə məqsədlə belə addım atması isə hamının marağına səbəb olub.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR