SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Dünya şöhrətli milyarderin ACINACAQLI SONU - FOTO

17-11-2016, 14:45 | Oxunub: 9 389 |

Məşhur zərgər Karl Faberjenin imperator üçün düzəltdiyi xüsusi pasxa yumurtaları indi də milyonlarla dollar dəyərində qiymətləndirilərək zərgərlik sənətinin misilsiz nümunələrindən biri sayılır.

Dünya şöhrətli milyarderin ACINACAQLI SONU - FOTO

Karl Faberje haqqında yazını təqdim edir:
Faberjenin ömrünün son günləri çox acınacaqlı keçir. Mühacir həyatı, kasıblıq və hər kəs tərəfindən unudulmuş günlər onu yaradıcılıqdan uzaqlaşdıraraq həyatdan küsdürür.
Pasxa yumurtaları ideyası imperator III Aleksandra aiddir. O, 1885-ci ildə bayram üçün Faberjedən qeyri-adi əşya düzəltməsini istəyir. Karl Faberje mina ilə örtülmüş “toyuq” yumurtasını hazırlayır. Onun içərisində qızıldan hazırlanmış yumurtanın “sarısı” yerləşir. Zərgər həmin qızılın içərisində isə gözləri yaqut daşından olan toyuq düzəldir. İlk nümunə sarayda böyük səs-küyə səbəb olur. Və bu hadisədən sonra Faberje hər il bu qeyri-adi zərgərlik nümunəsi olan yumurtanı imperator ailəsi və onların dostları üçün düzəltməyə başlayır.
Faberje ümumilikdə 71 yumurta hazırlayıb ki, onun da 52-i imperator ailəsinə aiddir.
Qeyd edək ki, Faberjenin zərgərlik fabriki sarayda fəaliyyət göstərirdi və o, pasxa suvenirlərindən başqa mücrülər, zinət əşyaları və akssesuarlar da hazırlayırdı.
Faberjeyə məxsus məhsullar Rusiyanın ən iri şəhərlərində və Avropada satılırdı. Və bütün bunlar onu milyonçuya çevirmişdi.
Görkəmli zərgərin qayğısız gələcəyi təmin olunmuşdu, lakin bütün bu xəyallar 1917-ci ildə bolşeviklərin hakimiyyətə gəlişi ilə bitir. Karl evində 7.5 milyon rubl dəyərində sərvəti vardı. Özünə aid zinət əşyalarından başqa, Karl Faberjenin evində Rusiyadan çıxarılması qadağan edilən əcnəbilərə məxsus qiymətli əşyalar da saxlanılırdı. O, evində bu qədər sərvət saxlamasına baxmayaraq baş vermiş inqilabın onun üçün təhlükə olacağını düşünmürdü. Lakin yanılırdı. Faberje təhlükədən qaça bilməyəcəyini görərək o vaxtı xaricilərin mülkünə toxunmaq qadağan olduğu üçün evini isveçrəlilərə kirayə verir. Evində olan bütün sərvətini isə 7 çamadana yığır və 20 səhifədən ibarət dəftərə əşyaların siyahısını yazır. O, bütün bunları elektrikə bağlı lift-seyfdə gizlədir. Bu sirr bolşeviklərin qanuna rəğmən evdə axtarış aparmasına kimi (1919) davam edir. Beləliklə xəzinə yoxa çıxır.
Xəzinənin sonrakı taleyi ilə bağlı bir neçə fərziyə var. İlkin olaraq bütün sərvətin bolşeviklərin əlinə keçdiyi və oradan da xaricə satıldığı deyilir. Başqa şayiələrə görə çamadanlar bir müddətlik Norveç səfirliyinə göndərilmiş, daha sonra isə oradan sənədləri ilə birlikdə oğurlanıb. Üçüncü versiyaya görə isə, Karl Faberje və oğlanları sərvətin müəyyən hissəsini gizlədə biliblər.
Bu olaylardan sonra Karl Faberje Rusiyanı tərk etmək məcburiyyətində qalır. Onun hər şeyi - həm işi, həm milyonluq sərvəti, həm də vətəni əlindən alınır. İsveçrəyə köçərək acınacaqlı həyat sürür. 1920-ci ildə isə vəfat edir. Elə həmin il onun imzası olan zərgərlik nümunələri hədsiz dərəcədə dəyərdən düşür. Yalnız İkinci Dünya müharibəsindən sonra onun yaratdıqları nümunələrə tələbat artır.
Hazırda Faberje yumurtalarının qiyməti 30 milyon dollardan çox hesablanır.
Mələk

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR