18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
İranın Məşhəd şəhərində azərbaycanlı sahibkarlara hotel tikmək üçün güzəştlər təklif edilir
İranın Məşhəd şəhərində azərbaycanlı sahibkarlara hotel tikmək üçün güzəştlər təklif edilir.
Emtv.az apa-ya istinadən məlumat verir ki, bunu İranın Məşhəd şəhərinin icra başçısının investisiya və əməkdaşlıq şöbəsinin sədri Məhəmmədrza Məzci deyib. O deyib ki, Məşhəd şəhərinin icra orqanı bu müqəddəs şəhərdə hotel tikmək istəyən azərbaycanlı iş adamlarına xüsusi güzəştlər təklif edir: “Onlara torpaq sahəsi ayrılacaq və tikinti üçün icazə veriləcək”.
M.Məzci deyib ki, azərbaycanlı iş adamları bu təklifdən yararlanaraq Azərbaycandan Məşhəd şəhərinə ziyarətə gələn zəvvarların rifahını təmin etmək və onlara xidmətin daha yüksək səviyyədə göstərilməsini təmin edə bilər: “Azərbaycanlı iş adamlarına torpaq sahəsinin ayrılması, tikinti icazəsi, Məşhəd şəhər icra hakimiyyətinin hotel tikintisi aparan iş adamları ilə şərik olması və digər bu kimi güzəştlər olacaq. Belə olduğu halda tikinti aparmaq istəyən iş adamları yalnız tikintiyə vaxt ayıracaq. İcazə və torpaq üçün vaxt itirməyəcək.”
Bundan əlavə, azərbaycanlı sahibkarlar icra orqanı ilə şərik ola bilər və iş adamı icra orqanının payını istəsə, bu pay sonradan ona satıla bilər.
M.Məzci Naxçıvan-Məşhəd dəmir yolunun əhəmiyyətindən də danışıb. Onun fikrincə, dəmir yollarının birləşdirilməsi Azərbaycan və İranın xeyrinə olacaq: “Ötən illərin təcrübəsi göstərib ki, Məşhəddə davamlı və inkişaf etməkdə olan iqtisadi potensial var. Bu proses getdikcə artmaqdadır. Əlbəttə, Məşhəd şəhəri də bu əlaqələrdə mənfəət qazanacaq”.
Emtv.az