18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Zakir Qaralovun anti-korrupsiya həbslərində növbə kimlərindir?
Ötən həftə Gəncə Musiqi Kollecinin direktoru Gülçin Mirzəyeva rüşvətlə yaxalandı və vəzifəsindən azad olundu. Fevralın 27-də isə Bakı Şəhər Narkoloji Dispanserinin baş həkimi Hüseyn Həsənovun rüşvət tələb etməsi ilə bağlı cinayət işi başlanıb.
Verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi anti-korrupsiya həbslərinin yeni dalğasına başlayıb.
Əvvəlcə təhsil, ardınca səhiyyə sektorunda rüşvətə qarşı mübarizə əməliyyatlarının mədəniyyət, maliyyə, vergi, gömrük və s. bütün sahələri əhatə edəcəyi gözlənilir.
Bildirilir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi daxil olan şikayətləri dərhal araşdırır və faktlar əsasında əməliyyat keçirir.
Ölkə rəhbərliyi və Baş prokuror Zakir Qaralov təxirəsalınmaz tapşırıqlar verib və rüşvətə qarşı mübarizə sərtləşdirilir. Bu həbslərin müxtəlif sektorları bürüyəcəyi xəbər verilir.
Hakimiyyət sosial-iqtisadi islahatlar, struktur dəyişiklikləri ilə bərabər qanunsuzluğa yol verən məmurlara qarşı mübarizəni də gücləndirir.
Eyni zamanda da yerli mətbuatdan verilən məlumata bildirilir ki, yaxın vaxtlarda banklarda, universitetlərdə, xəstəxanalarda və maliyyə idarələrində, vergi idarələrində, habelə müxtəlif fondlarda və şöbələrdə anti-korrupsiya həbsləri aparıla bilər. Z.Qaralovun sərt tələbi vətəndaşların şikayətlərinə həssas yanaşmaqdır.
Prezident son konfranda bəyan etmişdi ki, korrupsiyaya qarşı mübarizə aparılır, amma hələ də bu problem qalmaqdadır və ardıcıl iş aparılmalıdır.
Dövlət başçısının göstərişlərinin icrası ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qarşısında konkret tapşırıqlar müəyyən edilib.
Daha maraqlısı budur ki, korrupsiya hüquqpozmalarının daha çox baş verdiyi sahələrin araşdırılması, onların təhlili və qarşısının alınması istiqamətində tədbirlərin görülməsi üçün müvafiq işçi qrupların yaradılmasına qərar verilib.
Bakı şəhəri, bütün rayon və şəhər prokurorlarına tapşırılıb ki, sahibkarlıq fəaliyyətinə əsassız müdaxilələr barədə daxil olmuş müraciətlər dərhal Respublika Baş Prokurorluğunun rəhbərliyinə məruzə edilsin.
Emtv.az