SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

ÇÖRƏYİN QİYMƏTİNİ ARTIRANLARA XƏBƏRDARLIQ

9-01-2016, 15:56 | Oxunub: 10 363 |

ÇÖRƏYİN QİYMƏTİNİ ARTIRANLARA XƏBƏRDARLIQ
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin birgə Tədbirlər Planına uyğun olaraq, manatın üzən məzənnə rejiminə keçilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək süni qiymət artımı, məqsədli mal qıtlığının yaradılması və digər sui-istifadə hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

"EMTV.az" xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, aparılmış birgə tədbirlər nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, 69 ünvanında fəaliyyət göstərən “Muğan” firması və Bakı şəhəri, Nərimanov rayonu, 4-cü köndələn küçəsi, 3 ünvanında fəaliyyət göstərən “Səma” firması tərəfindən ədədlə satılan dairəvi “zavod çörəyi”nin istehsalı zamanı mövcud standartların tələblərinə əməl edilmədiyi, qiymətlərin gizli artırılması məqsədilə çörəyin çəkisinin azaldıldığı müəyyən olunub.

Yol verilmiş qanun pozuntuları Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən “Muğan” firmasının direktoru Tahir Mirişovun və “Səma” firmasının direktoru İlham Bəkirlinin nəzərinə çatdırılmaqla, onlara bu cür qanun pozuntularına təkrar yol verəcəkləri təqdirdə barələrində daha ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilib.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bir daha sahibkarlıq subyektlərinə süni qiymət artımı, məqsədli mal qıtlığının yaradılması və digər sui-istifadə hallarına yol verməməyi tövsiyə edir.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR