SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Tiflisdə Xocalı qurbanları anılıb

25-02-2017, 22:21 | Oxunub: 9 580 |

Tiflisdə Xocalı qurbanları anılıb
Fevralın 25-də Gürcüstan Müsəlmanları İdarəsinin və Azərbaycanlıların Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib.

Emtv.az apa-ya istinadən xəbər verir ki, öncə soyqırım qurbanlarının və şəhidlərin ruhuna Qurani-Kərimdən ayələr və dualar oxunub. Sonra Ağsaqqallar Şurasının üzvü Mayak Nemətov 1992-ci ilin 25-dən 26-sına keçən gecə Xocalıda insanlığa qarşı vəhşilik törədən ermənilərin vandalizm hərəkətlərindən söhbət açıb.

Tədbirdə çıxış edən GMİ-nin şeyxi Hacı Ramin İgidov, Şərqi Gürcüstanın müftisi Yasin Əliyev Xocalı soyqrımının 25-ci ildönümü ilə bağlı Azərbaycan xalqına və İslam dünyasına başsağlığı veriblər. Hər iki çıxışçı XX əsrin sonunda baş verən soyqırımın dəhşətindən, hələ də belə soyqırımların müsəlmanlar yaşayan ölkələrdə davam etdiyini, günahsız insanların qətlə yetirilməsi, hər zaman müsəlmanlara aid məsələlərdə ikili standart sərgiləyən aparıcı dövlətlərin Xocalıya laqeyd yanaşdığı kimi bu gün dünyada baş verən hadisələrə də biganəliyindən, belə hadisələrin qarşısının alınması və təkrarlanmaması üçün tarixdən ibrət dərsi alaraq müsəlmanların ayıq-sayıq, həmrəy olaraq dost və düşmənlərini tanımanın vaxtı çatdığından söhbət açıblar.

Sonra Türkiyənin Gürcüstandakı səfirliyinin dini məsələlər üzrə müşaviri Nəbi Gümüş, Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının sədri, keçmiş parlament deputatı İsak Novruzov, tanınmış hüquqşünas Teymuraz Lomsadze və Demokratik İnkişaf Fondunun sədri Badri Çerçvadze Xocalı faciəsinin başvermə səbəb və nəticələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək soyqırımı törədənlərin həqiqət qarşısında cavab verəcəklərini bildiriblər.

Onlar Qafqazda və dünyada belə faciəvi hadisələrin təkrarlanmaması üçün Xocalı soyqırımın bütün dünyaya çatdırılmasını vacib hesab ediblər. Anım mərasimində Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə “Xocalı harayı” poemasından bir parçanı ilə tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirin sonunda şəhidlər üçün ehsan süfrəsi təşkil olunub.

Tədbirdə Gürcüstanın müxtəlif bölgələrindən ruhanilər, azərbaycanlı və gürcü elm və ictimaiyyət xadimləri, media nümayəndələri iştirak edib.

Emtv.az
Tiflisdə Xocalı qurbanları anılıb
Tiflisdə Xocalı qurbanları anılıb
Tiflisdə Xocalı qurbanları anılıb
Tiflisdə Xocalı qurbanları anılıb

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR