17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
DSX-nin hərbi hissə və bölmələrində keçirilən silsilə tədbirlər Xocalı şəhidlərinin xatirəsi anılıb
DSX-nin mətbuat mərkəzindən mətbuata bildiriblər ki, hərbi qulluqçuların Respublika Hərbi Prokurorluğunun binasında yaradılmış Memorial Soyqırımı Muzeyinə və Azərbaycan İstiqlal Muzeyinə ekskursiyaları təşkil olunur, dəhşətli faciənin erməni şovinist millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı olduğu barədə şəxsi heyətə ətraflı məlumatlar verilir.
Fevralın 25-də DSX-nin Aparatında keçirilən tədbirdə şəxsi heyət əvvəlcə Xocalı faciəsinə həsr edilmiş sərginin materialları ilə tanış olub.
Tədbirdə Xocalıda qətlə yetirilmiş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Azad Ələkbərov və AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov çıxış edərək dinc əhaliyə qarşı törədilmiş soyqırımı barədə ətraflı məlumat verib, faciənin səbəb və nəticələri haqqında danışıblar.
Xocalı soyqırımına siyasi və hüquqi qiymət verilməsi, erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüsün ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülməsi xüsusi olaraq vurğulanıb. Soyqırımı hadisəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələr verdiyi, Azərbaycan xalqına qarşı törədilmiş bu hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymət alması məsələsinin dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyi bildirilib.
Anım tədbirində ölkə rəhbərliyinin bu sahədəki ardıcıl və uğurlu fəaliyyəti nəticəsində Xocalı soyqırımının bütün beynəlxalq təşkılatlar və dünya dövlətləri tərəfindən tanınacağına, mənfur erməni xislətinin ifşa olunacağına qəti əminlik ifadə edilib.
Sonda Xocalı soyqırımına həsr olunmuş film nümayiş olunub.
Emtv.az