18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bədən Tərbiyəsi və İdman Akademiyası yeni magistr və bakalavr ixtisasları üzrə tələbə qəbul etməyə hazırlaşır
Son dövrlər idman təhsili sahəsində yenilikləri ilə seçilən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 2017-2018-ci tədris ili üçün yeni magistr ixtisasları ilə yanaşı, yeni bakalavr ixtisasları üzrə də tələbə qəbul etməyə hazırlaşır.
Emtv.az bildirir ki, Akademiyadan mətbuata bildiriblər ki, Azərbaycanda ali təhsilin bakalavr səviyyəsi üzrə ixtisasların sayı artırılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 22 fevral tarixli qərarına əsasən, “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nda dəyişikliklər edilərək yeni ixtisaslar yaradılıb. “Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsinə “Məşqçi (idman növü üzrə)”, “Bədən tərbiyəsi və idmanda reabilitasiya” və “İdman menecmenti və kommunikasiya” ixtisasları əlavə edilib.
Bundan əlavə, Akademiyada bakalavr səviyyəsində "Fiziki tərbiyə və çağırışaqədər hazırlıq müəllimliyi" ixtisası tədris olunacaq. Ümumilikdə isə ADBTİA-da 2017-2018-ci tədris ili üçün bakalavr təhsil səviyyəsi üzrə məşqçi (idman növü üzrə) – (ötən illərdə olan “Bədən tərbiyəsi və idman” ixtisasının yerinə), fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi, idman menecmenti və kommunikasiya, bədən tərbiyəsi və idmanda reabilitasiya ixtisasları üzrə tələbə qəbulu aparılması planlaşdırılır.
Bu ixtisaslar üzrə tələbə qəbulu Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bakalavr səviyyəsində yeni dərs ilində tədris olunacaq ixtisaslar üzrə Avropanın bir sıra qabaqcıl universitetləri ilə əməkdaşlıq aparılıb, onların tədrisin təşkili sahəsində aparıcı təcrübəsi mənimsənilib.
Emtv.az