18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Neft Daşlarında soyğunçuluq: SOCAR isə açıqlama vermir
“SOCAR Neft Daşları müvəqqəti saxlama təcridxanasında çörəyin keyfiyyəti ilə bağlı elə bir böyük problem yoxdur. Gündəlik normal keyfiyyətə uyğundur. Amma Neft Daşlarında başqa problemlər var ki,onun qarşısı alınmalıdır və qabaqlayıcı tədbirlər görmək məsləhətə uyğundur”
Politika.Az xəbər verir ki, bu sözləri Feysbukda Rauf Eminov yazıb və Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı paylaşıb.
R.Eminovun sözlərinə görə, mağazada ərzaq, siqaret, içkilər, gündəlik tələbata uyğun olaraq istifadə olunan məhsullara baha satılır:
“Nəzərə alsaq ki, bu sahədə nə vergi,nə də icarə pulu verilir. Amma qiymətindən 30 % baha satılır. Ən ucuz siqaret 2 manatadır.
İkinci məsələ ondan ibarətdir ki, bazar iqtisadiyyatını nəzərə alsaq,məhsulların qiymətinin iki dəfəyədək qalxdığını müşahidə edərik. İşçilərin düzgün qidalanmamağı təhlükəsiz iş prosesinin sağlam tərzdə həyata keçirməsini mümkünsüz edir”.
Politika.Az-ın əməkdaşı SOCAR-ın mətbuat katibi Nizaməddin Quliyevlə əlaqə saxlayıb və bu problemlərə mövqeyini öyrənmək istəyib. SOCAR sözçüsü yalnız rəsmi suallara cavab verdiyini, R.Eminovu tanımadığını deyərək açıqama verməkdən imtina edib.
Emtv.az