SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

SOCAR-dan YANĞINLA BAĞLI İDDİALARA REAKSİYA

11-12-2015, 16:20 | Oxunub: 7 332 |

SOCAR-dan YANĞINLA BAĞLI İDDİALARA REAKSİYA
Dekabrın 4-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş faciədən sonra sosial şəbəkələrdə hadisədən bir gün öncə hava proqnozunu nəzərə alan Bp şirkətinin işçilərini dənizdəki platformalardan təxliyyə etməsi, SOCAR-ın qayığının keyfiyyəti, insanların təlim keçməməsi ilə bağlı bir sıra məlumatlar yayılıb.

"EMTV.az" xəbər verir ki, SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bu yazılanlara AzTv-də aydınlıq gətirib. O qeyd edib ki, bu məlumatlar yanlışdır:

"Bp şirkəti də rəsmi olaraq bildirib ki, işçiləri platformalardan təxliyyə etməyib. Dünya təcrübəsində belə şey yoxdur. Əgər real partlayış təhlükəsi dəqiq bilinmirsə və əgər özülün dayağında qəza vəzyyəti yaranmayıbsa, işçilərin o özüldən çıxarılmasına ehtiyac yoxdur. Dünya təcrübəsində belə hal nəzərdə tutulmayıb. Bayır işləri ilə məşğul olmaq məsələsinə qaldıqda isə bayır işlərinin görülməsinə məhdudiyyət olmalıdır. Bizdə də bu məhdudiyyət qoyulub. Adi məntiqlə bu məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Hazırda bizim 8-9 nəfər xəstəmiz var. Onlardan yalnız bir nəfəri Respublika Yanıq Mərkəzindədir. Əgər, Allah etməmiş, həmin vaxt o insanlar bayırda olsaydı, yəni yaşayış blokunda deyil, iş yerində olsaydılar onların 70-80%-i Yanıq Mərkəzində olardılar. Belə hal yoxdur".

Onun sözlərinə görə, bütün lazımi tədbirlər vaxtında görülüb. Qayığın keyfiyyətsiz olması, insanların təlim keçməməsi ilə bağlı yazılanlara gəldikdə isə N.Quliyev qeyd edib ki, bununla bağlı mətbuat konfransında jurnalistlərə bir topa protokol təqdim olunub.

O xatırladıb ki, həmin protokollarda özüldə olan insanların dəniz şəraitində təhlükəsizlik qaydalarını öyrənməsi haqda konkret kurs keçmələri, imtahan vermələri və sertifikat almaları qeyd edilib.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR