17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
YANĞININ SÖNDÜRÜLMƏSİNƏ HƏLƏ DƏ NAİL OLUNMUYUB
"Yanğının söndürülməsi ilə 7 gəmi məşğul olurdu, Bu gün daha 1-i qoşulacaq"
"EMTV.az" xəbər verir ki, SOCAR-ın "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən itkin düşən "Neft Daşları"nın 3 əməkdaşının axtarışları davam edir.
"APA-Economics"in məlumatına görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.
"Saat 11:00-a olan məlumata görə, axtarışlar heç bir nəticə verməyib. Hava açılan kimi, helikopterlər də axtarışlarda olan gəmilərə qoşulub. Axtarışlar davam etdirilir", - deyə B. Ağarəhimov bildirib.
Baş mühəndis əlavə edib ki, yanğın hələ də söndürülməyib: "Yanğının söndürülməsi ilə 7 gəmi məşğul olurdu. Bu gün ərazində gəmilərə daha 1-i qoşulacaq".
***
"Günəşli" neft yatağında baş vermiş faciədə itkin düşmüş şəxslərin axtarışı bütün gecə boyu davam etdirilib.
APA-nın məlumatına görə, gəmilərlə aparılan axtarış hələlik nəticə verməyib.
Səhər tezdən isə axtarışlara helikopterlər də qoşulub.
Bütün gecə boyu yataqda yanğının söndürülməsi işləri də davam etdirilib. Lakin yanğının qarşısını almaq da hələlik mümkün olmayıb.
Qeyd edık ki, dekabrın 4-də saat 17.40 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib.
Hadisə baş verən zaman özüldə 63 nəfər xidmətdə olub.
Yanğın nəticəsində 2 nəfər həlak olub, 29 nəfər itkin düşüb. İtkin düşənlərdən 6-nın meyiti dünən tapılaraq sudan çıxarılıb. Onlar bu gün dəfn olunacaqlar.