17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
DEPUTATIN OĞLUNUN NƏLƏRİ YOXMUŞ?! - Deputat Əhliman Əmiraslanovun ailə biznesi haqda faktlar
Deputat Əhliman Əmiraslanovun ailə biznesi haqda faktlar var
Emtv.az bildirir ki, yerli mətbuatın araşdırması nəticəsində məlum olub ki, Azərbaycan Tibb Universitetinin sabiq rektorunun oğlu Azər Əmiraslanovun böyük imkanları, daşınmaz əmlakları var.
Mətbuat yazır ki, Bakı şəhərində 060 rəqəmi ilə bitən avtomobil nömrələrinin əksəriyyətinin Əmiraslanovlara məxsus olduğu deyilir. Bundan başqa, Səməd Vurğun küçəsi, 230 D ünvanında yerləşən “A Club” da Əmiraslanovların əyləncə yerinə çevrilib.
Hətta “A Club”un 12-ci mərtəbəsində Azər Əmiraslanovun güzgülü əyləncə evi də var. Baxmayaraq ki, əyləncə evinin altında, yəni 11-ci mərtəbədə Azər Əmiraslanovun dayısı yaşayır.
“Olimpik Star”ın yaxınlığında yerləşən “Şam” restoranının qapısı ilə üzbəüz Xan Şuşinski 158-də üçmərtəbəli villa da Əmiraslanovlara məxsusdur. Həmin villada hətta Əhliman Əmiraslanov işgüzar görüşlər keçirir. Çünki deyilənə görə, həmin obyektlərdə xüsusi tədbir keçirilib. Daha sonra araşdırmalar nəticəsində məlum olub ki, “A Club ”da sıravi vətəndaş-müştəri gedib kotlet sifariş etsə, ona rədd cavabı veriləcək. Çünki həmin obyektdə okean balıqları verilir, özü də imkanlı şəxslərin sifarişi ilə.
Bir sözlə, “ A Club ”da yoldan keçənə yer yoxdur, ancaq Əmiraslanovların çevrəsi orda oturub istirahət edirlər. Misal üçün, “Azər-Türk” klinikası da Azər Əmiraslanova məxsusdur.
Ancaq oranı onun köməkçisi Vüqar Cavadov işlədir. Azər Əmiraslanov kimlərəsə pul buraxıb maliyyələşdirəndə, Vüqar Cavadov həmin işdə xüsusi rol oynayır.
Mediada buna dair fotolar da yer alıb. 365info.az bu haqda geniş yazıb. Amma deputat bu biznes barədə heç bir açıqlama verməyib.
A.Əmiraslanova bir iş adamı tərəfindən ittihamlar da var və prezidentə şikayət olunub. Ortada böyük pulların yeyintisindən gedir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Emtv.az