18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Möcüzə”, “Final”, “Sloboda” yağı kəllə-çarxa çıxdı: “Cənab prezident, batırıq”
Ölkədə bahalaşma işıq sürəti ilə gedir. Gündəlik tələbat mallarının qiymətində fantastik irəliləyişlər var. Bu da əhalinin imkanlarını məhdudlaşdırır
“Azərsun holdinq”in istehsalı olan “Möcüzə”, “Final” günəbaxan və qarğıdalı yağları kəllə-çarxa qalxıb. Paralel olaraq Rusiyadan gələn “Sloboda” yağının da qiyməti artıb.
Hazırda “Möcüzə” 4 manatdır, “Sloboda”nın 2 litrliyi isə əvvəl 6 manat, 70 qəpik idisə, indi 7 manat, 70 qəpik olub Rəsmən 1 manat bahalaşma gedib.
”Möcüzə” yağları isə 3, 40 manatdan 4 manata çatıb və daha da artacağı qaçılmazdır. İstehsalçılar bahalaşmanı gömrük rüsumu və dollarla əlaqələndirir.
İstehlakçılar da öz növbəsində hər gün yeni qiymətlərlə tanış olur. “Azərsun holdinq” hiylə işlədir və qiymət artımına mərhələli şəkildə gedir. Bu da ajiotajın qarşısını almağa hesablanıb.
Eyni zamanda “Miad” yağı bahalaşıb - 12 manat, 90 qəpiyə satılır. “Sloboda” ilə yanaşı bazara çıxarılan Rusiya istehsalı olan yağların da qiymətlərində artım müşahidə olunur. Alıcılar cibinə münasib qiymətə yağ tapa bilmir.
Əməkdaşımız mağazalarda apardığı müşahidələr zamanı alıcıların narazılığının şahidi olub: “Hər gün nəsə bahalaşır. Buna pul çatdırmaq olarmı? Adam dükana girməyə qorxur.
Elə şeylər var ki, hər gün istifadə olunur İmkan varsa saytınız vasitəsi ilə cənab prezidentə çatdırın ki, rəsmən batırıq. Yağ, çay, pesok, makaron tez-tez istifadə edilən mallardır. Bu malların qiymətini tənzimləmək lazımdır. Bu gedişlə qırılacaq camaat”,-deyə paytaxt sakini Firuzə Əliyeva bildirib. Daha sonra politika.az-ın əməkdaşı bildirir ki, inflyasiya kosmik sürətlə gedir. Azərbaycan bahalaşma və inflyasiya qarşısında diz çökdü. Ölkə iqtisadiyyatı son il yarım ərzində böhrana təslim oldu.
Kənd təsərrüfatı məhsullarının qiymətində qeydə alınan artım isə əhalinin ehtiyaclarını çoxaltdı. Bu gün heç də hər ailənin soyuducunda ət, toyuq və s. məhsulları yoxdur.
O deməkdir ki, 2011-2012-ci illərlə müqayisədə əhalinin sosial vəziyyəti beş dəfə pisləşib. İnsanlar toya getməyə, təhsil haqlarını ödəməyə, kommunal ödənişləri verməyə imkan tapmır.
Ərzaq üzrə inflyasiya 13,3 dəfə çox olub. Ölkədə elə gün yoxdur ki, ərzaq məhsulları bahalaşmasın, iş yerləri bağlanmasın, ixtisarlar xəbəri gəlməsin. Azərbaycanın 2008-2013-cü illərdəki iqtisadi inkişaf tempi sürətlə üzüaşağı gedir.
Gələn məlumatlarda bildirilir ki, əksər dükanların nisyə dəftərləri dolub-daşır: kimisi çörək, kimisi makaron, kimisi qənd, çay, yağ pulu borcludur.
Emtv.az