SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Tayfun Kılıç: Naxçıvan yüksək ixrac potensialına malikdir

19-01-2017, 14:42 | Oxunub: 6 954 |

Tayfun Kılıç: Naxçıvan yüksək ixrac potensialına malikdir
Muxtar respublikadakı bir sıra istehsalat müəssisələrində olduq. Müəssisələrdə ən müasir texnologiyalardan istifadə olunması Naxçıvanın ixrac imkanlarını xeyli artırır. Muxtar respublika güclü infrastruktura və sənaye potensialına malikdir.

Bu sözləri yerli mətbuata müsahibəsində Türkiyə Respublikasının İqtisadiyyat Nazirliyinin İxracat Müdirliyinin dairə rəhbəri Tayfun Kılıç deyib.

O qeyd edib ki, Naxçıvanda sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatının inkişafı muxtar respublikanın Türkiyənin yaxın vilayətlərinə ixracat imkanlarını artırır. Türkiyə hökuməti muxtar respublikadan Qars və İqdır vilayətlərinə 150 milyon ABŞ dolları həcmində sənaye və kənd təsərrüfatı məhsullarının ixrac edilməsinə şərait yaratmaq məqsədilə qeyd olunan ixracat məhsulları üçün nəzərdə tutulan gömrük vergilərini ləğv edib.

Tayfun Kılıç deyib: “Naxçıvan Biznes Mərkəzində naxçıvanlı sahibkarlara da görüşdük. Sahibkarların Türkiyəyə mal ixrac edərkən hansı problemlərlə qarşılaşdıqlarını öyrənməyə çalışdıq. Onların fikirlərini dinlədik, problemlərini öyrəndik, bu məsələlərin həlli yolları barədə fikir mübadiləsi apardıq. Mövcud problemlərin ortadan qaldırılması üçün təklifləri ümumiləşdirərək ən qısa zamanda Türkiyənin Baş nazirinə və iqtisadiyyat nazirinə təqdim edəcəyik. Çünki Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası Türkiyə üçün xüsusi əhəmiyyətə malik bir bölgədir”.

Türkiyəli iş adamlarından ibarət heyətin muxtar respublikaya səfərinin təşkil edilməsi istiqamətində də işlərin görüləcəyini deyən Tayfun Kılıç bildirib ki, naxçıvanlı sahibkarların da İqdıra və Qarsa səfər etmələri, oradakı iş adamları ilə qarşılıqlı fikir mübadiləsi aparmaları gündəmdədir.

“Ümid edirəm ki, qarşıdakı aylarda Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikasının yaxın vilayətləri arasında ticarət əlaqələri daha da artacaq”, – deyə Türkiyə Respublikasının İqtisadiyyat Nazirliyinin İxracat Müdirliyinin dairə rəhbəri bildirib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR