18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Quba sakini həyətindən XVIII əsrə aid gümüş sikkələr tapıb
Quba sakininin həyətində XVIII əsrə aid gümüş sikkələr aşkarlanıb.
Emtv.az Azərtac-a istinadən xəbər verir ki, qədim pullar şəhərin Ərdəbil küçəsində yaşayan Elnur Zeynalovun həyətindən tapılıb. Ev sahibi həyətində su çəkmək üçün qazıntı işləri apararkən xoş sürprizlə qarşılaşıb. E.Zeynalov qarşısına çıxan pulları əvvəlcə adi dəmir qırıntılarına oxşatsa da, sonradan bunların qədim sikkələr olduğunu müəyyənləşdirib. Həmin ərazidən 16 metal sikkə aşkarlanıb.
Tarixçi Anar Murquzov tapılan metal pulların Quba xanlığı dövründə tədavüldə olan gümüş sikkələr olduğunu bildirib. Pulların tapıldığı ərazi Quba şəhərinin mərkəzində olduğundan qədim dövrdə həmin yerdə karvansarayın yerləşdiyi ehtimal edilir.
E.Zeynalov həyətindən bundan əvvəl də saxsı materialların aşkarladığını bildirib. Quba sakini tapdığı qədim sikkələri muzeyə təqdim edəcək.
Emtv.az