SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Dollar ajiotajı: DTX ifşa edir, turistlər pul tapmır, “qara bazar” iş başında - Təcili

30-12-2016, 14:50 | Oxunub: 6 966 |

Dollar ajiotajı: DTX ifşa edir, turistlər pul tapmır, “qara bazar” iş başında - Təcili
Ölkədə dollar ajiotajı davam edir. Banklar dollar satmır və qara bazar öz işinin başındadır. Dövlət Təhlükəsizlik Xidməti var gücü ilə bu bazara qarşı mübarizə aparsa da, inhisarçı əllər banklardakı dolları qara bazara ötürməkdədir.

Bu barədə yerli mətbuat məlumat yayıb. Məlumatda deyilir ki, maliyyə sektoruna daxil olan məmurlar məqsədli şəkildə qara bazarı inkişaf etdirir.

Hazırda banklarda biabırçı vəziyyətdir. Vətəndaşlarla banklar üz-üzə qalıb. İnsanlar pullarını dollara çevirə bilmir.

Bayramqabağı ölkədən xaricə gedənlər, ölkəyə gələn turistlər rəzil mənzərə ilə qarşılaşıb. Son məlumatlara görə qara bazarda satılan dolların qiyməti ilə banklar tərəfindən müəyyən edilən məzənnə arasında xeyli fərq yaranıb. Hazırda qara bazarda dollar 1.95 AZN səviyyəsində dəyişdirilir. Emtv.az qeyd edir ki, politika.az-ın verdiyi xəbərə görə, buna baxmayaraq yenə də qara bazar meydan sulayır və buna şərait yaradan, milyonlar qazanan qüvvələr var.

Yeni ilin ilk günündən xalqa müjdə verməyə hazırlaşan Mərkəzi Bank manatın hazırkı kursda saxlanması üçün da əlavə pul sərf edir. Bu baxımdan tam devalvasiya qərarı verilib və yanvardan ölkədə iqtisadi xaos yaşana bilər.

Hökumət tam devalvasiya ilə maliyyə sabitliyinin mərhələli şəkildə yaranacağını hesablayıb. Lakin hesablanmayıb ki, bu qərar xarakiri etməkdir və cəmiyyəti zərbə altında qoymaqdır.

Bildirək ki, ölkə ərazisində valyuta dövriyyəsində manipulyasiya hallarına, “qara bazar” adlandırılan və rəsmi valyuta məzənnəsi ilə hesablaşmayan alternativ valyuta bazarının fəaliyyətinə dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə araşdırılarkən hər biri 10 milyonlarla ABŞ dolları məbləğində xarici valyutanın qanunsuz alqı-satqısını həyata keçirərək qanunsuz sahibkarlıq yolu ilə külli miqdarda gəlir əldə etmiş 3 mütəşəkkil qrupun silsilə cinayət əməlləri ifşa edilib, hüquqazidd fəaliyyətlərinin qarşısı alınıb.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - N.Mustafayev, K.Yusubov, E.Aslanov, F.Əliyev, Ə.Rzayev, S.Yusubov, X.Yusubov, E.Eldarov, T.Mirzəliyev, R.Aslanlı və digərləri 2016-cı il dekabrın 27-də saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR