SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

DİQQƏT! SAXTA DOLLARLA ALDANA BİLƏRSİZ

9-01-2016, 12:00 | Oxunub: 11 665 |

DİQQƏT! SAXTA DOLLARLA ALDANA BİLƏRSİZ
Hazırda ölkə üzrə yaşanan dollar ajiotajına görə “qara bazar” aktivləşib. Müşahidələr göstərir ki, milli valyuta kəskin ucuzlaşanda inzibati yolla saxta pullara qarşı mübarizə aparılması bəzən effektiv nəticə vermir.

"EMTV.az" xəbər verir ki, tələb təklifi üstələyir, “qara bazar” formalaşır, burda isə kifayət qədər saxta dollar dövriyyəyə buraxılır.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev Modern.az saytına deyib ki, bazarda tələb çox, təklif azdırsa, bu, bütün hallarda gərginlik yaradır.

“Dollara tələbin artmasından istifadə edənlər bazara saxta məhsul çıxarılmasına meylli olurlar. Hazırda dollara çox böyük tələbat var. Artıq “qara bazar” formalaşıb. İnsanlar istədikləri vaxt dollar tapa bilmir, əziyyət çəkirlər. Bu məqamda bazarda saxta dolların peyda olması ehtimalı çox yüksəkdir.

İqtisadçı valyuta mübadiləsi zamanı insanları son dərəcə diqqətli olmağa çağırır:

“Hazırda problemin qarşısının alınması imkanları da çox məhdud və yox səviyyəsindədir.

Proseslər “qara bazar”da baş verdiyindən ajiotaj içərisində olan insanlar o an mübadilə proseslərini rəsmiləşdirmədən, kassa qəbzləri olmadan valyutanın saxta olub-olmadığını yoxlamağa imkan tapmır.

Dəyişdirdiyi dolların saxta olduğunun fərqinə vardığı anda isə bunu kimdən, necə aldığını sübut etmək çətin olur. Hazırda valyuta bazarında baş verən proseslər ölkədə saxta dolların artması ehtimalını gücləndirir.

Dünya praktikası da göstərir ki, istənilən ölkənin böhran dövrlərində saxta valyuta satışı artıb. Proseslər qeyri-leqal getdiyinə, insanlar təsadüfi proseslərin içərisində olduğuna görə böyük əksəriyyət bu prosesdə uduzur”.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR