SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Beynəlxalq Bankın yeni rəhbərindən şok qərar - Hər ev üçün 10 min manat rüşvət...

26-12-2016, 14:56 | Oxunub: 7 460 |

Beynəlxalq Bankın yeni rəhbərindən şok qərar - Hər ev üçün 10 min manat rüşvət...

Azərbaycan Beynəlxalq Bankının yeni rəhbəri tikinti şirkətlərinin layihələrini maliyyələşdirməkdən imtina edib

Bankın İdarə Heyətinin sədri vəzifəsini əvəz edən Xalid Əhədov bir sıra kredit məhsulları ilə bərabər ipoteka kreditini də dayandırıb.

“Marja”nın yazdığına görə, bir sıra tikinti şirkətləri yeni inşa etdikləri binalardakı mənzilləri Beynəlxalq Bankın 20 illik ipoteka krediti vasitəsilə rahat satırdılar. Bu ayın ortasından Beynəlxalq Bank krediti dayandırdıqdan sonra tikinti şirkətləri müştərisiz qalıblar. Mənzillər satılmadığından tikinti şirkətləri maliyyə sıxıntısı çəkə, hətta Bakı və Xırdalanda tikilən bir sıra binaların tikintisi yarımçıq qala bilər.

Azərbaycan Beynəlxalq Bankı illik 8%-lə, 20 il müddətinə ipoteka krediti təklif edirdi. Belə ki, mənzilin dəyəri alıcının əvəzinə Beynəlxalq Bank tərəfindən tikinti şirkətinə, mənzilin sahibi (alıcı) faizi ilə birlikdə əsas borcu aybaay Banka qaytarır. Tikinti şirkəti mənzilini satdığı gün pulunu Bankdan alırdı və həmin pullar ilə tikinti işlərinin əsas hissəsi aparılırdı.

20 illik ipoteka ilə 1 və 2 otaqlı mənzillərin aylıq ödənişi münasib olduğundan alıcı tez tapılırdı. Tikinti şirkətləri də təlabatı düzgün qiymətləndirib mənzilləri 1 və 2 otaqlı olaraq layihələndirirdilər. Mənzillərin demək olar ki, 90%-i 20 illik ipoteka ilə satılırdı. Əgər Beynəlxaılq Bank tezliklə ipoteka kreditini bərpa etməsə və başqa banklar tikinti şirkətlərinə dəstək olmasalar, bir çox binaların tikintisi yarımçıq qala bilər.

Sayt yazır ki, Beynəlxalq Bankın yeni rəhbərinin 20 illik ipotekanı dayandırmasının səbəblərindən biri sağlamlaşdırma tədbirləri ola bilər. Manat ilə milyonlarla vəsaitin 20 illik bir müddətə kreditə verilməsi Bankı rəqəmlərdə böyütməklə bərabər, riskləri də artırır. Risklərdən biri valyuta riskidir. Manat il keçdikcə dəyərdən düşür. 5-10 il sonra Beynəlxalq Bankın geri yığacağı vəsait “qəpik-quruş” ola bilər. “Ölü manatlar” yenidən kredit verməyi çətinləşdirə, bu da Bankın maliyyə vəziyyətinə pis təsir göstətə bilər.

İpoteka kreditinin dayandırılmasının digər bir səbəbi faiz dərəcəsi ola bilər. Ölkədə Mərkəzi Bankın uçot dərəcəsi 15%, bankların əmanət faizləri 15%-dən yuxarı olduğu bir dövrdə, Beynəlxlaq Bank 8%-lə (annuitet 4,5% civarında) ipoteka krediti ayırırdı.

Beynəlxalq Bank 20 illik ipoteka ilə alınmış mənzilləri girov götürürdü. Son bir neçə ildə, bəlkə də 10 mindən artıq ev Bank tərəfindən girov götürülüb. Əgər gələcəkdə iqtisadi vəziyyətin gözlənilməz dəyişməsilə bağlı olaraq əhali kredit borclarını ödəməkdə kütləvi çətinlik çəkərsə, bu da Bankı pis vəziyyətə sala bilər. Bir bankın minlərlə vətəndaşı mənzilini əlindən alıb satması (əgər sata biləcəksə) xoş bir hal olmayacaq.

Sayt onu da yazır ki, tikinti şirkətlərində mənzillərin nağd və kredit qiymətləri fərqlənir. Məsələn, mənzilin 1 kv.m-i nağd qiymətə 1100 manata satılırsa, 20 illik ipotekada 1250 manata rəsmiləşdirir. Tikinti şirkətləri bunu “alıcının bilmədiyi” səbəblər ilə əlaqələndirirdilər. Əslində nağd və ya bankla ödənişin tikinti şirkəti üçün bir fərqi olmamalıdır. Alınan mənzilin pulunu alıcının özünün və ya onun əvəzinə Beynəlxalq Bankın ödəməsinin nə fərqi var?! Tikinti şirkəti mənzili istər nağd, istərsə də 20 illik ipoteka ilə satdıqda pulunu həmin gün alır. Yuxarıda qeyd etdiyimiz kimi, alıcının əvəzinə pulu Beynəlxalq Bank ödəyir, alıcı da Banka borclu olur.

“Marja”nın əldə etdiyi məlumata görə, mənzillərin kreditlə qiymətinin baha olmasının səbəbi indiyədək Beynəlxalq Bankın aldığı “şapka” olub. Nağd qiymətlə, kredit qiyməti arasında olan fərq Banka ödənilən “şapka” idi. Məsələn, siz tikinti şirkətindən 70 kvadrat metr səhəsi olan mənzili, 1 kavdarat metri 1100 manatdan, 77000 min manata ala biləcəyiniz halda, pulunuz olmadığına görə, həmin mənzili kreditlə 87500 manata alırsınız (1 kv.m 1250 manatdan). Düz, 10500 manat baha! Bu 10500 manat “şapka” tikinti şirkəti tərəfindən kredit verilən gün Bankın kassasına qaytarlır. Kredit isə Sizin adınıza 87500 manat olaraq rəsmiləşdirilir və “şapka”nı da faizilə Siz ödəməli olursunuz.

Ehtimal ki, hər tikinti şirkəti 20 illik ipoteka krediti ilə mənzil sata bilməzdi. Bunun üçün tikinti şirkəti Beynəlxalq Bankın “şapka” tələbini qəbul etməli idi.

İndiyədək Bankın 20 illik kreditə verilən milyonlarla manatı Bankın keçmiş rəhbərliyini maraqlandırmayıb. Onları maraqlandıran mənzil satışı zamanı alınacaq “şapka” olub. Özü də dərhal və nağd. Dövlət bankının pulu bata da bilər.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR