SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Göyçayda müdhiş dələduzluq: Pensiyaçıları aldadıblar? - Təfərrüat

29-11-2016, 15:56 | Oxunub: 10 555 |

Göyçayda müdhiş dələduzluq: Pensiyaçıları aldadıblar? - Təfərrüat

2014-cü ildə üç nəfər qrup şəklində “Molbulak” Bank Olmayan Kredit Təşkilatının Göyçay filialından (BOKT) ikisi 1500, biri isə 2000 manat olmaqla 15 ay müddətinə qrup krediti götürüblər

Bu barədə yerli mətbuatda yayılan xəbərlərdə deyilir ki, kredit götürənlərin hər üçü pensiya aldığından bankın Hüseyn adlı kredit mütəxəssisi onların pensiya kartlarını əlindən alıb.

Onlara deyib ki, hər ay onların ödənişini pensiya kartlarından çıxardaraq ödəyəcək. Beləcə iki nəfərin pensiya kartından ayda 129 manat, birinin pensiya kartından isə 175 manat olmaqla 12 ay pulu bankın kredit mütəxəssisi çıxardıb.

Bir ildən sonra kredit götürənlər krediti bağlamaq istədikdə bankdan onlara bildirilir ki, ikinizin 600, birinizin isə 855 manat borcunuz var. Əgər ödəsəniz kreditinizi bağlaya bilərsiniz.

Həmin şəxslər də bankın kredit mütəxəssisi olan Hüseyn adlı şəxsə qalan məbləği verib kreditlərini bağlayırlar. Hətta bunların ikisinə 600, birinə isə 855 manat pulu banka ödəmələri barədə kassa qəbzi də verilib.

Daha sonra məlumatda bildirilir ki, “Molbulak”dan üçü bir yerdə cəmisi 5000 manat götürən bu şəxslər 12 aydan sonra nə az, nə də çox (12 x 129 +600 manat= 2148 x 2= 4296 manat), (12 x 175 + 855 manat = 2955 manat) üçü bir yerdə 7251 manat pulu banka ödəyirlər.

Üstündən bir il keçəndən sonra bank həmin bu üç nəfəri məhkəməyə verir ki, bunların banka daha 2380 manat borcu var və həmin borcun qaytarılması barədə məhkəmə qərarı çıxarılmalıdır.

Bankın tələbindən narazı qalan borclular, məhkəmə mühasibatlıq ekspertizasından rəy alınması üçün məhkəməyə müraciət edirlər və məhkəmə işi rəy verilməsi üçün mühasibatlıq ekspertizasına göndərir.

Ekspertin rəyi bankın kredit mütəxəssisinin və filialın o vaxtkı müdirinin saxtakarlıqlarını ortaya qoyur. Məlum olur ki, bunların ayrı-ayrılıqda üçünün pensiya kartlarından 433 manat pul çıxarılsa da, ödənişin üçüncü ayında banka kredit borcunun cəmisi 200 manatı, dördüncü ayında 50 manat, yeddinci ayında 1 manat 20 qəpiyi ödənilib.

Beləliklə bu şəxslər banka 7251 manat ödəsələr də, ekpertin rəyindən məlum olur ki, bu üç nəfər bankdan 15 ay müddətinə, illik faiz dərəcəsi 39,74 faiz olmaqla 5000 manat kredit götürmüş, həmin kreditin 5334 manatını qaytarıb, 1312 manat borcları qalıb.

Məhkəmə çəkişməsində bankın nümayəndəsindən tələb olunanda ki, kredit sizin kredit mütəxəssisinizə tamamilə ödənilib və onu məhkəməyə gətirin, cavab qısa və lokanik olub: Biz o kredit mütəxəssisi qrupunu fırıldaqçılıqla məşğul olduqlarına görə işdən qovmuşuq. Belə olan halda politika.az bildirir ki, cavabdehlər bu bank fırıldağı ilə bağlı Göyçay rayon prokurorluğuna şikayət hazırlamağa başlayıb.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR