17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"...Siz Heydər Əliyev kimi sədaqətli və dahi bir insanın oğlusunuz, inanırıq ki, bütün çətinliklərə son qoyacaqsınız" - Faiq ƏHMƏDOV
Prezident cənab İlham ƏLİYEVƏ! (açıq müraciət)
Hörmətli cənab Prezident!
- Sizə də məlumdur ki, 2015-ci ilin son aylarından başlayaraq ölkədə yaranmış sosial qarışıqlıq, manatın dollar qarşısında məzənnə problemi və s. əhali arasında müəyyən çaşqınlıqlara zəmin yaradıb. Biz aydın başa düşürük ki, devolvasiya bütün dünyanın iqtisadi problemidir və bu çətinliyi bütün dünya ölkələri yaşayır. Azərbaycanın gənc müstəqil dövlət kimi bu problemlə üz-üzə qalması əslində, cəmiyyət arasında çaşqınlıq yaratmamalıdır, biz əminik ki, Siz öz səyləriniz və siyasi idarəetmə bacarığınızla devolvasiya probleminin həlli istiqamətində əməli işlər hazırlayır və xalqımızı bu çətin prosesdən çıxarmaq üçün ideal yollar axtarırsınız.
- Lakin bir sıra radikal müxalif qüvvələr yaranmış çətin vəziyyətdən sui-istifadə edir, xalqı dövlətə qarşı qoymaq üçün süni problemlər yaradırlar.
- Xalq da birmənalı anlamalıdır ki, Siz Azərbaycanı parçalanmaqdan, yad qüvvələrin təsirindən qoruyan, xalqa böyük xoşbəxtliklər nəsib edən müasir Azərbaycanın qurucusu Heydər Əliyev kimi sədaqətli və dahi bir insanın oğlusunuz və Azərbaycanı bütün bu çətinliklərdən alnı açıq, üzü ağ çıxarmaq gücünə maliksiniz. Apardığınız sağlam siyasət dövlətimizə böyük töhfələr verib və bu gün də Siz həmin missiyanı çox uğurla davam etdirirsiniz.
- Hamımızın yadındadır; - 1993-1995-ci illərdə Bakıda qardaş qırğınlarının və çevriliş yaratmağa cəhd edənlərin qarşısını almaq üçün, ümummilli lider Heydər Əliyev çəkinmədən öz müdrik görkəmi ilə xalqın qarşısına çıxıb, xalqdan dəstək istəyərək, Azərbaycana sarsıdıcı zərbə vura biləcək bütün pis cəhdlərin qarşısını aldı.
- Sonrakı illərdə də dövlətçiliyə qarşı atılan bütün mənfi hallara bax bu cəsarətlə son qoyuldu. Siz də atanız kimi, rəhbərlik etdiyiniz dövlətin və işıqlı sabahlara apardığınız xalqın bayraqdarısınız.
- Əminik ki, inşallah, 2017-cı ilin ilk rübündə xalqa sosial qorxu yaşadan devolvasiya probleminə son qoyacaq, radikal müxalif yöndən xalqa və dövlətə qarşı duran mənfur qüvvələrə həqiqi mənada hər şeyə qadir olduğunuzu sübut edəcəksiniz.
- Cənab Prezident!
- Sizi 55-yaşınızın tamam olması münasibətilə səmimi qəlbdən təbrik edirəm və Sizə uzun ömür, möhkəm can sağlığı, ailə səadəti, çətin, lakin şərəfli, ali dövləti fəaliyyətinizdə isə böyük uğurlar diləyirəm.
- Ulu Tanrı Sizi xalqımıza, dövlətimizə çox görməsin!
Dərin hörmət və ehtiramla:
"Müstəqil lider" jurnalının baş redaktoru Məşədi Faiq ƏHMƏDOV,