18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
CƏNAB PREZİDENT İLHAM ƏLİYEVƏ AÇIQ MƏKTUB - Faiq ƏHMƏDOV "Müstəqil lider" jurnalının baş redaktoru
Bu yazı cənab prezident İlham Əliyevə müraciət kimi də qəbul edilə bilər!!!
Maddi məhdudiyyətlər içərisində yaşayan xalqın güzəranı gündən-günə pisləşir. Yeridilən iqtisadi siyasət, ara-sıra həyata keçirilən tədbirlərin mövcud durumu yaxşılaşdırmaq əvəzinə daha da ağırlaşdırır. Bütün bu tədbirlərin əməli nəticəsi olaraq qərarlaşan sosial mühit ölkə əhalisinin yalnız həyat səvviyəsinə deyil, eləcə də mənəvi və fiziki sağlamlığına, şüruna, əmək fəaliyyətinə, hətta ailə münasibətlərinə belə mənfi təsir göstərir. İri məbləğli büdcə mənimsəmələri, külli miqdarda vəsaitlərin büdcədən yayındırılması fonunda məvaciblərin, pensiya və təqaüdlərin aşağı olmasına səbəb olur. Müəssisələrin bağlanması, ən yaxşı halda isə orada işləyənlərin məcburi, haqqı ödənilməyən məzuniyyətlərə göndərilməsi kütləvi hal alıb. İqtisadiyyatın qeyri-leqal inhisarlaşdırılması əhalinin əsas hissəsinin birmənalı olaraq xırda ticarətlə, xidmətlə məşğul olmağa sövq edir. İl-ildən, ay-aydan, gün isə gündən pis gəlir. Yoxsulluğun ağrılı fəsadları daha qabarıq üzə çıxır. Əhalinin əksəriyyəti aşağı statuslu, ləyaqəti alçaldan muzdlu işlərdə çalışmağa məcburdur, bir qismi yalnız bəzi günlərdə normal qidalanır, başqa bir qismi isə uşaqlarını imkansızlıq ucbatından məktəbə göndərə, digərləri isə vəfat etmiş yaxınlarını ləyaqətlə, adət-ənənə ilə dəfn edə bilmir. Artıq sosial sahədə vəziyyət o dərəcədə kəskinləşib ki, müşahidə olunan proseslər milli təhlükəsizliyimizə xələl gətirəcək səviyyəyə qədər inkişaf edib.
Belə ki, hazırda ərzaq təlabatı ilə istehlakçı arasındakı təzadlar, aşağı yaşayış standartları, işsizlik, sosial təbəqələşmə, yüksək ixtisaslı, təcrübəli kadrların ölkəni tərk etməsi təhlükəli həddə çatıb. Ölkə üzrə adam başına norma olaraq uyğun hədlərdə ərzaq istehlakı ilə təlabatı arasında fərq yalnız çörək və meyvənin xeyirinədir. Əhalinin əksəriyyəti ət, balıq, süd, yumurta, şəkər, yağ, tərəvəz və digər zəruri ərzaq məhsullarının minimal tələbatından dəfələrlə az istehlak edir. Qidalanmanın isə aşağı səviyyədə olması insanlarda fiziki deqradasiya halının çoxalmasına gətirib çıxardır.
Azərbaycandakı sosial durumun qısa xarakteristikası belədir. Bu problemləri ənənəvi yollarla həll etmək o qədər də asan deyil. Əgər dövlət və hökumətimiz xalqın mənafeyinə uyğun "iqtisadi reablitasiya və inkişaf proqramı" hazırlamasa, indiki iqtisadi tənəzzülün sonda nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq olduqca çətin olacaq...