SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Xalqın oğlu: İlham Əliyev ölkəni dünyanın sabit dövlətinə necə çevirdi?

24-12-2016, 12:08 | Oxunub: 6 909 |

Xalqın oğlu: İlham Əliyev ölkəni dünyanın sabit dövlətinə necə çevirdi?

Xalqların tarixini və taleyini təyin edən başlıca səbəblər sırasında Lider amili həmişə həlledici rol oynayıb

İnkişafın zirvəsinə yüksəlmiş bütün xalqlar tarixin ayrı - ayrı zamanlarında fövqəladə istedadlı liderlərə sahib olmaq xoşbəxtliyindən yetərincə bəhrələnmək şansına minnətdar olmalıdırlar.

Emtv.az yerli mətbuata istinadən bildirir ki, Müstəqil Azərbaycan dövlətinin qurulması dahi siyasətçi Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərinin birbaşa nəticəsidir.
XXI əsrin başlanğıcından isə ölkəmizin yeni intihabı Prezident İlham Əliyevin rəhbərliyi sayəsində gerçəkləşməkdədir. Hər bir lider öz xalqının yetirməsi, hər bir ölkə öz liderinin əsəridir.

Xalqın İlham Əliyevə inamı hər şeydən əvvəl onun Heydər Əliyev siyasətinin ən parlaq və ardıcıl davamçısı olmaq potensialına əsaslanırdı.

İnsanlar Heydər Əliyev siyasətinə alternativ görmədiyindən, Heydər Əliyevsiz hakimiyyəti onun siyasətinin ardıcıl surətdə həyata keçirilməsi formasından ayrı şəkildə qəbul etmək istəmirdi.

İctimai ovqat ölkənin gələcək taleyini məhz bu şərtlər daxilində qavrayır və həmin səbəbdən də İlham Əliyevə böyük inamla yanaşırdı.

Ədalət naminə qeyd etmək lazımdır ki, İlham Əliyevin artıq o zamana qədər formalaşmış gənc və qətiyyətli siyasətçi obrazı da öz növbəsində ona inamı formalaşdıran vacib amillərdən biri kimi nəzərdən keçirilməlidir.

Bu gün İlham Əliyevin 55 yaşı tamam olur. İlham Əliyev çox səbrli, olduqca sadə və təvazökar bir insandı.

Ölkə prezidenti kimi çox böyük çətinliklərə baxmayaraq ciddi şəkildə islahatlara gedən, Azərbaycanın müdafiə qabiliyətini artıran Ali Baş Komandandır.

O, ermənilərin və ağalarının təpkilərinə baxmayaraq nəinki Dağlıq Qarabağ münaqişəsində güzəşt olunmayacağını, hətta Ermənistanın yerləşdiyi torpaqların da Azərbaycana aid olduğunu deyən prezidentdir. İlham Əliyev 50 milyonluq Azərbaycan xalqının prezidentidir.

Cənab prezidentin 55 yaşı yubiley də sayıla bilər. İlham Əliyevin doğum günü ciddi dövrə - postneft erasında yeni islahatların elan olunduğu bir zamana təsadüf edir.

Bu günlərdə prezident özü də 11 istiqamət üzrə strateji planlar tərtib edib. Malayziyada, Sinqapurda olduğu kimi, Azərbaycanda da islahatlar uğurlu nəticələr verəcək.

İlham Əliyevin səyləri nəticəsində Azərbaycan bölgədə ən sabit ölkədir. Bəzi çətinliklər yaşasaq da, sabitlik əsas meyarlardan biridir.

Bu istiqamətdə ölkə prezidenti böyük zəhmət ortaya qoyub. Xarici siyasətdə balansın saxlanılması da Azərbaycanın normal inkişaf etməsinə şərait yaradır.

İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi dönəmdə bir çox uğurlara imza atıb. Azərbaycanın nüfuzunun beynəlxalq aləmdə tanıdılması istiqamətində kifayət qədər ciddi işlər görülüb.

Azərbaycan regionun önəmli bir dövlətinə çevrilib. Eyni zamanda Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi platforma kimi tanınıb. Azərbaycanda dünya miqyaslı tədbirlər keçirilib.

Xüsusi olaraq beynəlxalq forumlar, idman oyunlarını qeyd etmək lazımdır. Nəqliyyat dəhlizlərinin sayı artırıldı. Bu uğurlar Azərbaycan prezidentinin əldə etdiyi uğurların bir hissəsidir.

Ölkə prezidenti bu gün dünyada sayılıb-seçilən liderlər sırasındadır. 2003-cü ildən bəri ötüb keçən zaman içərisində dövlət xadimi, siyasi lider kimi özünü təsdiq etdi. Azərbaycana böyük sədaqət və sevgi ilə xidmət etdiyini ortalığa qoydu.

Onun prezidentliyi dövründə Azərbaycan bütün sahələrdə inkişafın yüksələn dövrünü yaşadı. Ölkəmiz Cənubi Qafqazın lider dövlətinə çevrildi.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR