18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İlham Əliyev diplomatik siyasətdə regionun lideridir. - ÖZƏL
Xarici siyasət sahəsində əldə olunan uğurlar Azərbaycanın Avropaya və dünya birliyinə inteqrasiyasını daha da sürətləndirib; Bu gün ölkəmiz beynəlxalq təşkilatların fəal üzvüdür...
Azərbaycanla daha da sıx münasibətlər qurmaq istəyən ölkələrin sayı ildən-ilə artır. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məntiqli xarici siyasət dövlətimizi beynəlxalq aləmdə söz sahibi edib.
Məlumatda qeyd edilir ki, İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət diplomatik reallıqlar fonunda respublikamızın imicini xeyli yüksəldib.
Xarici siyasəti dünya sisteminin yenidən qurulması prosesindən kənarda təsəvvür etmək mümkün deyil. Azərbaycan qlobal miqyasda gedən dəyişiklikləri öz üzərində hiss edir.
Bu təsirlər regional səviyyədə özünü göstərən müxtəlif tendensiyalarla (siyasi, geosiyasi, iqtisadi, hərbi, ekoloji və mədəni xarakterli) uzlaşdırılmalıdır.
Bu zaman əsas meyar xarici siyasətin prioritetləridir. Deyək ki, 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında baş verən hadisələr regionda geosiyasi mənzərəyə ciddi təsir etdi.
Azərbaycan bu hadisəyə ərazi bütövlüyünün təminini, münaqişələrin dinc yolla həllini və regional əməkdaşlığa yardım etmək zərurətini nəzərə alaraq reaksiya verdi.
Bu, ölkəmizin Rusiya və Gürcüstanla əməkdaşlığına xələl gətirməyən bir mövqe idi. Eyni zamanda, Azərbaycan xarici siyasətinin prioritetlərini gözləyərək hərəkət etdi.
Ona görə də, Prezident İlham Əliyevin həmin mərhələdə tutduğu mövqeyini beynəlxalq aləm yüksək qiymətləndirdi. Azərbaycanın mürəkkəb bir regionda xarici siyasət sahəsində böyük uğurlar qazanması həqiqətən, zirvəyə yüksəliş deməkdir.
Bu həm də İ.Əliyevin peşəkar və yüksək səviyyədə dünyagörüşlü siyasətçi olmasından irəli gəlir. Yerli mətbuat xəbər verir ki, bu yolda aşırımlardan inamla keçən, qarşıya çıxan maneələri qorxmadan dəf edən gənc müstəqil dövlət indi regionun lideridir.
Dövlət başçısının rəhbərliyi ilə ölkəmizin xarici siyasətinin prioritetləri qətiyyət və inamla həyata keçirilir. Təcrübə göstərir ki, Azərbaycanın xarici siyasət kursu region səviyyəsində pozitiv geosiyasi dəyişiklikləri stimullaşdırır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin prioritetini təşkil edir.
Ermənistanın işğalçı siyasətinin ifşası, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, politika.az bildirir ki Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması istiqamətində həyata keçirilən düşünülmüş srtategiya artıq özünü büruzə verməkdədir. Ermənistan prezidenti artıq dünya dövlətləri tərəfindən rəsmən qəbul olunmur.
Emtv.az