SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

İlin ən pis üç naziri kimdir? - Siyahı

21-12-2016, 15:19 | Oxunub: 10 281 |

İlin ən pis üç naziri kimdir? - Siyahı

İlin ən pis nazirlərinin kimlər olduğuna dair araşdırma aparmışıq

2016-cı il üzrə ən şox şikayət olunan nazirliklərin siyahısı tərtib olunub.

Siyahıda aparıcı yerdə Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi yer alır. Hər üç nazirlikdən və onların yerli şöbələrindən çoxsaylı şikayət məktubları daxil olub.

Bu müraciətlər həm prezidentə, həm mətbuata ünvanlanıb. İl ərzində aparılan monitorinqlərin nəticəsində alınan hesab ondan ibarətdir ki, bu üç nazirliyin fəaliyyətinin təşkili bərbaddır.

Belə ki, siyahıda baş yeri səhiyyə naziri Oqtay Şirəliyev tutur. Məhz səhiyyəmiz bu vəziyyətdə olduğuna görə ölkə vətəndaşı Gürcüstana, İrana, daha imkanlı olanlar Avropaya üz tutur. Ölkə vətəndaşı ölkə səhiyyəsinə etibar etmir.

Hamı başa düşür ki, bu ölkədə vətəndaşın həyatı deyil, verdiyi pul önəmlidir. Hamı bilir ki, xəstəyə qazanc kimi baxılır və sağlam adama xəstə diaqnozu qoyulur.
Bir sözlə, Azərbaycan səhiyyəsi öz funksiyasını itirib və milyonlarla insanın sağlamlığı təhlükə altındadır. Ölkənin tibb sektoru gerçəkdən də iflic olub.

Xəstəxanalarda rüşvət ayaq açıb yeriyir, texniki baza görüntüsü yaradılıb, ana-uşaq ölümləri artır, həkim səhlənkarlığı ucbatından insanların başına faciələr gəlir, rayon xəstəxanaları bazar çevrilib və biabırçı vəziyyətdədir.

Politika.Az xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov ikinci sırada yer alıb. Zaman sübut elədi ki, onun təhsil sahəsindən anlayışı aşağı səviyyədədir. Misir Mərdanov daha peşəkar kadr idi.

Cabbarovun nazir dövründə nə qəbul imtahanlarında keçid balları qalxıb, nə təhsilin keyfiyyəti. Məktəblərdə, universitetlərdə, kolleclərdə rüşvət ayaq açıb, yeriyir.
Rektorlar, məktəb direktorları bazar açıblar. Nazirlik heç bir iş görmür. Yenə də pul yığımı, yenə də soyğunçuluq var. Cabbarovun istefası labüddür.

Misir Mərdanovdan sonra təhsil sahəsini reanimasiyaya yerləşdirən gənc nazir heç bir irəliləyişə nail olmayıb. Keçid balları aşağı düşüb, təhsilin keyfiyyəti qalmayıb, orta və ali məktəblərdə, kolleclərdə rüşvət adi vərdişə çevrilib.

Hər iki sahənin nazirinin dəyişməsi sistem dəyişikliyinə səbəb olmadı. Sadəcə, fiqurlar yeniləndi. Nə Əli İnsanov, nə Misir Mərdanovun sələfləri ölkənin tibb və təhsil sektorunda inkişafa nail olub. Əksinə, Cabbarovun və Şirəliyevin dönəmində tənəzzül dərinləşib. Daha sonra politika.az xəbər verir ki, ilin üçüncü ən pis naziri isə Heydər Əsədovdur. KTN şefi aqrar sektoru postneft dövründə inkişaf etdirmək əvəzinə uçuruma apardı. Nazir ona olan ümidləri məhv etdi.

Hazırda kənd təsərrüfatına rəhbərlik maliyyəçilərin əlindədir. Maliyyəçinin rəhbərlik etdiyi aqrar sektorda hansısa inkişafın olacağını gözlənmir.

Bu dəqiqə fermerə mütəxəssis yardımı lazımdır. Heydər Əsədov bütün aqronomları, zootexnikləri, baytarları çıxarıb, yerinə maliyyəçi təyin edib. Maliyyəçi nə bilir kənd təsərrüfatını?

Aqronom deyirlər - tərəvəzçi aqronom ayrı olmalıdır, meyvəçi aqronom ayrı, şərabçı ayrı olmalıdır. Belə mütəxəssislər iş prosesində yetişir.

Min bir əziyyətlə yetişən mütəxəssislərin hamısını Əsədov çıxarıb atıb bayıra. Özünün maliyyəçi dostlarını gətirib yığdı ora. Maliyyəçilərlə kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil.

H.Əsədovun komandası Strateji Yol Xəritəsində qarşıya qoyulan hədəflərə nail olmağı bacarmayacaq. Nazirin 2 müavinindən biri tikinti sahəsi üzrə mütəxəssisdir, biri də maliyyəçi. Heç olmasa müavinlərini kənd təsərrüfatı üzrə mütəxəssislərdən götürərdi.

Hər üç nazirliyin mövqeyini dərc etməyə hazırıq.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR