SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Hökumət “Azərkontrakt”ı ləğv edir, talançı 81 yaşlı eks-deputat gedir - Maxinasiyalar

20-12-2016, 14:25 | Oxunub: 14 012 |

Hökumət “Azərkontrakt”ı ləğv edir, talançı 81 yaşlı eks-deputat gedir - Maxinasiyalar
Milli Məclisin ikinci və üçüncü çağırışlarında Lerik rayonundan deputat olmuş Miri Qəmbərov 81 yaşına çatmasına baxmayaraq, “Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışmaqdadır

Yerli mətbuat xəbər verir ki, sabiq deputat mətbuata açıqlamasında son vaxtlar səhhətində problem yarandığını deyib: “Səhhətimdə bir az problem var. O da ciddi deyil. Adi qriplərdən yaraıb. Son bir həftədə işə çıxmıram. Sağalan kimi, işimin başına dönəcəm”.

Miri Qəmbərov, devalvasiyanın şirkətində yaratdığı fəsadlardan da danışıb: “Bu ümumi məsələdir. Ölkənin hər bir yerində fəaliyyət göstərən şirkətlərə devalvasiyanın təsiri qaçılmazdır. “Azərkontrakt” ASC-yə də bunun təsiri var. Amma işçilərin ixtisarı baş verməyib. Bu da keçəcək. Hər şey yaxşı olacaq”.

ASC sədrinin sözlərinə görə, Milli Məclisin indiki üzvləri ilə əlaqələri saxlayır: “Nə olsun ki, deputat deyiləm. Parlamentdə təmsil olunan deputatların çoxu ilə əlaqəm var. Sağ olsunlar, vaxtaşırı mənimlə hal-əhval tuturlar. Tez-tez olmasa da, arada görüşürük”.

Miri Qəmbərov, 1994-1997-ci illərdə Azərbaycan Respublikasının ticarət naziri vəzifəsində çalışıb. İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

1997-ci ilin iyun ayından bu günü kimi "Azərkontrakt" Səhmdar Cəmiyyətinin sədridir. Daha sonra politika.az-ın əldə etdiyi məlumata görə, struktur islahatları çərçivəsində “Azərkontrakt” ASC-nin ləğvi planlaşdırılır. 81 yaşlı sədr isə istefaya göndərilir və bu qurumun fəaliyyətində hər hansı fayda da yoxdur.

Əksinə, qanunsuzluq və maxinasiyalar kifayət qədərdir. Hakimiyyət qənaət rejiminə keçib və israfçılıq yaradan qurumlar ləğv olunur yaxuda da birləşdirilir. M.Qəmbərovun yaşı kimi ASC-nin də vaxtı keçib və hökumət əlavə məsrəf çəkmək istəmir.

“Azkontrakt” ASC-nin tabeliyində olan “Azərmetal” Topdansatış Ticarət Birliyinin baş direktoru Şahin Abbasov qurumun prezidenti, sabiq deputat Miri Qəmbərovu ittiham etmişdi.

Şahin Abbasovun iddialarına görə, Miri Qəmbərov “Azərkontrakt”ı fəaliyyətsiz duruma salıb. Bundan başqa sabiq deputat qurumun balansında olan torpaq sahələrini başqa şəxslərə satıb.

Bir müddət əvvəl prezidentə müraciət edən ASC işçiləri demişdi: “Qurumun özəlləşdiriləsi heç nəyi qalmayıb. Çünki Sizin məlum sərəncamınızdan əvvəl bəzi qüvvələr olan-qalan torpaq sahəsini və mülkiyyəti satıb-sovurub.

Hansı əsasla? Təsəvvür edin, hazırda «Lider-TV»nin yerləşdiyi və bir vaxtlar Bakıda hündürlüyünə və monolitliyinə görə diqqəti çəkən bina vaxtilə «Azərkontrakt» ASC-nin balansında olub. İndi ASC-nin sədri özü həmin binada kirayədə qalır.

Bu nə biabırçılıqdır??? Cənab Prezident! Bunları nəzərə alaraq acizanə xahiş edirik, «Azərkontrakt» ASC-nin adının təcili olaraq özəlləşdirilməyə verilən ASC-lər siyahısına salınmasına köməklik edəsiniz”.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR