SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Yanvarın 1-dən bu yükləmələrin qiyməti ən azı 1 manat olacaq” - Məleykə Abbaszadə

19-12-2016, 15:04 | Oxunub: 9 035 |

“Yanvarın 1-dən bu yükləmələrin qiyməti ən azı 1 manat olacaq” - Məleykə Abbaszadə
“Mütəmadi olaraq deyirlər ki, niyə imtahan qaydaları tez-tez dəyişdirilir

Cavab olaraq, bildirirəm ki, onlar dövlət tərəfindən qəbul edilən sənədlərlə tanış olsunlar. Bunlar təhsil mühitini formalaşdıran sənədlərdir və biz onları icra edirik”.

Emtv.az trend-ə istinadən məlumatına verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti tərəfindən yeni təsdiqlənən “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları”na həsr olunmuş konfransda deyib.

M.Abbaszadə bildirib ki, kurrikulumla təhsil alan şagirdlərin biliklərini yoxlamaq üçün onlara yeni növ tapşırıqların verilməsi lazım idi. Bunun üçün də 2013-cü ildən başlayaraq, şagirdlər arasında Azərbaycan dili ( tədris dili rus dili olanlar üçün rus dili) və riyaziyyatdan monitorinq imtahanları keçirilir. 4 il ərzində 85 459 şagird monitorinq imtahanlarında iştirak edib.

M.Abbaszadə deyib ki, DİM-in elektron bazasında hazırda 9-cu sinifdə oxuyan 113 min şagirdin adı var. Onların 85 459-u artıq monitorinq imtahanlarından keçib:

“Monitorinq imtahanlarının nəticələrinə əsasən, bu ilki buraxılış imtahanlarında ( ümumi təhsil bazası üzrə) yazı işlərinin yoxlanılması prosesini həyata keçirmək üçün yeni qiymətləndirmə mexanizmi işlənib hazırlanıb. Qəbul edilən yeni mexanizm isə artıq 4 ildir ki, respublikada qiymətləndirilmə sahəsində tətbiq edilir”.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılmış elmi statistik təhlillərin bu qurumun saytına yükləndiyini deyən M.Abbaszadə onu da əlavə edib ki, gələn il yanvarın 1-dən həmin yükləmələr ödənişli olacaq: “1 il ərzində yükləmələrin sayı 3400-ə yaxın olub. Yükləmələr əsasən xaricdən olurdu. Son 2 ayda isə rayonlarda müəllimlər üçün keçirilən görüşlərin nəticəsi olaraq, 500 yükləmə olub. Bunları da sırf region müəlimləri edib. Yükləmələr hazırda pulsuz olduğundan məsləhət görərdim ki, onları indidən yükləyəsiniz. Çünki yanvarın 1-dən bu yükləmələrin qiyməti heç olmasa 1 manat olacaq”.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR