18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Beynəlxalq Bankdan görünməmiş soyğunçuluq
Vətəndaş Faiq Abdullayev Politika.Az-ın redaksiyasına müraciət edərək banklarla bağlı yaranmış probleminin araşdırılmasını xahiş edib
F.Abdullayev yazır: “Mən "Azərsu" ASC-də işləyirəm. Təxminən 3-4 gün öncə əmək haqqımı aldığım Beynəlxalq Bankın Sənaye filialından alınmış maaş kartımdan “Bank of Baku”da yoldaşımın adına olan kredit hesabına hesab.az vasitəsilə 131 manat pul köçürtmüşəm. Buna görə məndən bank işçilərinin dediyinə görə, 5 ABŞ dolları, yəni kursa uygun olaraq 8.67 manat komissiya pulu tutulub. Mən əvvəllər də maaş kartımdan müxtəlif ödənişlər etmişəm və bir dəfədən başqa məndən məndən heç bir komissiya pulu tutulmayıb. O da 3-4 ay öncə məhz həmin bu köçürməyə görə komissiya tutulmuşdu. Mən zəng edəndə bank tutduğu pulu geri oturtdu. İndi zəng edirəm, cavab verirlər ki, bizdə qayda belədir. Deyirəm əvvəl də belə bir şey olmuşdu, siz onu səhv adlandırıb düzəltdiniz və pulu geri qaytardınız. Amma etiraf etmirlər ki, belə bir hal olub, indi deyirlər qayda budur.
Məni 2 sual maraqlandırır: əvvəla, niyə mənə deməmiş o pulu məndən tutublar, ən azından elə köçürtmədə ekranda göstərilir ki,səndən 1 manat, ya nə qədərsə pul tutulacaq. Sən də ona uyğun qərar verirsən.Bu mənə bildirilməyib. İkincisi, Azərbaycan vətəndaşı olan məndən Azərbaycanın bir bankından digərinə pul köçürtməyə görə niyə xarici valyutada özü də bu qədər çox komissiya pulu (6 faizdən yuxarı) tuturlar? Bunu hər vətəndaşa etsələr, əməlli qazanc yeri tapmış olurlar”.
Şənbə günü olduğu üçün Beynəlxalq Bankdan mövqe almaq mümkün olmadı.
Qarşıdakı iş günlərində məsələyə aydınlıq gətirməyə çalışacağıq.
Emtv.az