18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Məktəbəqədər təhsil müəssisələri sahibkarlıqla məşğul olacaq
Emtv.az
Azərbaycanda məktəbəqədər təhsil müəssisələri müəyyən qədər sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcəklər.
Bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib. O bildirib ki, məktəbəqədər təhsil müəssisələri əlavə iqtisadi gəlir və sosial səmərə əldə etmək məqsədilə nizamnaməsində nəzərdə tutulmuş qaydada ancaq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər: “Dövlət məktəbəqədər təhsil müəssisələrinin innovasiya və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə yerli və xarici investisiyaların cəlb edilməsinə əlverişli şərait yaradacaq. Dövlət məktəbəqədər təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldiləcək”.
Emtv.az