18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bağçalarla bağlı yeni standartlar
Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartlar hazırlanıb.
Təhsil Nazirliyindən Emtv.az-a verilən məlumata görəməktəbəqədər təhsilin dövlət standartları (bundan sonra - dövlət standartları) “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən hazırlanıb.
Standartlarda qeyd olunur ki, məktəbəqədər təhsilin idarəolunması dövlət-ictimai xarakter daşıyır. Məktəbəqədər təhsilin idarə olunmasında aşkarlıq, şəffaflıq, demokratiklik, inkişafın monitorinqi, hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi prinsipləri əsas tutulur.
Məktəbəqədər təhsil müəssisəsinə rəhbərliyi, bir qayda olaraq, ali ixtisas təhsilli, məktəbəqədər təhsil sahəsində təcrübəsi olan şəxs həyata keçirir. Rəhbər şəxsin vəzifə funksiyaları və səlahiyyətləri “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” ilə müəyyən edilir.
Dövlət məktəbəqədər təhsil müəssisəsində ali idarəetmə orqanı, bir qayda olaraq, ictimai əsaslarla fəaliyyət göstərən Pedaqoji Şura hesab edilir. Pedaqoji Şuranın Əsasnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Özəl və bələdiyyə məktəbəqədər təhsil müəssisələrində ali idarəetmə orqanı öz Nizamnaməsi ilə müəyyən olunur. Məktəbəqədər təhsil müəssisəsində digər idarə və özünüidarə orqanlarının yaradılması qaydaları və səlahiyyətləri “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” ilə müəyyən edilir.
Məktəbəqədər təhsil üzrə müvafiq kurikulumlar dövlət standartları əsasında hazırlanır və həyata keçirilir. Məktəbəqədər təhsilin dövlət standartları 5 il müddətinə qüvvədədir.