18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Qohumunu öldürən şəxslə bağlı psixiatrik ekspertiza təyin edilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bibisi oğlunu öldürməkdə təqsirləndirilən Cavidan Seyfullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Emtv.az apa-ya istinadən xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə vəkil hüquqlarını müdafiə etdiyi şəxsin anlaqlı vəziyyətdə olmadığını əsas gətirərək, ekspertiza keçirilməsi haqqında vəsatət qaldırıb.
Məhkəmə kollegiyası vəsatəti təmin edib.
Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, mayın 8-də Xətai rayonunun M.Hadi küçəsində naməlum şəxs Masallı rayon sakini Musa Nurullayevi bıçaqla qətlə yetirib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Cavidan Seyfullayev tutulub.
Emtv.az