SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Əhalini Tarif Şurasına satanların başı “kötük”də: gizli məktubları kim yazıb? - ÖZƏL

1-12-2016, 12:41 | Oxunub: 10 092 |

Əhalini Tarif Şurasına satanların başı “kötük”də: gizli məktubları kim yazıb? - ÖZƏL

Tarif Şurası həmişə bildirir ki, qiymət artımı barədə müvafiq dövlət qurumundan müraciət daxil olduğu halda məsələyə baxılır

Bu da o deməkdir ki, qaz və işığın bahalaşması ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyi və “Azərişıq” ASC Tarif Şurasına müraciət ünvanlayıb.

Hər iki qurum böhrandan mənfəətlə çıxmaq naminə anti-xalq addım atıb. Nəticədə bir gecənin içində əhalinin güzəranı birə beş ağırlaşdırılıb. Bu gün yaşanan panikanın səbəbkarı da məhz adıçəkilən dövlət qurumlarına rəhbərlik edən məmurlardır.

Kəsəsi, Əkbər Hacıyev və Baba Rzayev xalqın qanını içməyə, dərisini soymağa yönəlik müraciətləri Tarif Şurasına ünvanlayıb. Bu sətirləri politika.az-ın İqtisadiyyat Şöbəsinə Tarif Şurasındakı mötəbər qaynaqlardan biri açıqlayıb. Onun sözlərinə görə, Ə.Hacıyev və B.Rzayevin imzası ilə göndərilmiş məktublara baxılıb və müzakirələrin yekununda qərar verilib.

Mənbə qeyd edir ki, gizli məktublarda qiymət artımının vacibliyindən bəhs olunub. Bildirilib ki, “Azəriqaz” İB və “Azərişıq” ASC zərərlə işləyir.

Ona görə də hər iki qurum əməkdaşlarını ixtisar etməyə belə məcbur olub. Tarif Şurasından xahiş olunub ki, vəziyyəti nəzərə alsınlar və bu qurumları zərərdən çıxarsınlar.

Baba Rzayev rəhbərlik etdiyi "Azərişıq" ASC-ni ailə podratına çevirib. Abunəçilərin ayağına normadan artıq borc yazılır. Abunəçilər qeyd edirlər ki, kart sistemi olsa da, müxtəlif texniki müdaxilələr etməklə vətəndaşların aylıq borcu şişirdilir.

B.Rzayev dövlət rəhbərinin tapşırıqlarını öz istədiyi formaya salır. Onun fəaliyyətinin yarıtmazlığı sayəsində isə vətəndaşlar dövlətdən narazı salınır.

Qurum rəhbərlərinin vilallarının sayı günbəgün artdığı bir halda vətəndaşlara da yazılan borcun miqdarı artır. Noyabrın 22-də, saat 12:00-dan etibarən borcu olanların işığı kəsilib.

ASC sədri Baba Rzayev xalqın maddi vəziyyətinin ağırlaşdığı vaxtda camaata işıqla imtahana çəkir. Milyonları olan və böyük biznes imperiyasının sahibi B.Rzayev əhalinin durumunu nəzərə almadan işığı kəsir.

Habelə, oktyabrdan etibarən Bakı və Abşeron yarımadasında mavi yanacaq fəlakəti yaşanır.

Paytaxtın müxtəlif rayonlarında, o cümlədən Xırdalan, Abşeron, Sumqayıt kimi ərazilərdə qazın verilişində ciddi problemlər yaşanır. hər gün abunəçilər “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyindən şikayətlənir.

Onların sözlərinə görə, Əkbər Hacıyevin yarıtmaz idarəçiliyi nəticəsində mənzillər, məktəblər donur. Abunəçilər qeyd edirlər ki, qaz kartının balansı dolu olsa da, evlərə az verilmir. “Azəriqaz” bu il heç vaxt olmadığı qədər vətəndaşlara işgəncə yaşadır. Artıq sosial mediada etirazlar eşidilməkdədir. Vətəndaşlar şikayətlərini yazırlar.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR