17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Barselona”–“Real Madrid” derbisindən əldə olunacaq vəsait “Şapekoense” klubuna köçürüləcək
“Barselona”–“Real Madrid” derbisindən qazanılacaq vəsait təyyarə qəzasında futbolçuları, məşqçiləri və personalının həlak olduğu Braziliyanın “Şapekoense” klubuna köçürüləcək.
Emtv.az Azərtac istinadən xəbər verir ki, bu barədə “Midiario” informasiya portalı məlumat yayıb. “Barselona”–“Real Madrid” el-klassikosu bu həftəsonu – dekabrın 3-də “Kamp Nou”da keçiriləcək.
İspaniya klubları ilə yanaşı dünyanın bir sıra komandalar da yardım kompaniyasına qoşulub. Fransanın paytaxt klubu PSJ 40 milyon avro yardım göstərmək barədə açıqlama verib. Argentina və Braziliya klubları tərəfindən isə qəzadan ziyan çəkən kollektivin yüksək liqanı tərk etməməsi üçün alternativ kömək təklif olunub. Belə ki, onlar öz hesablarına pulsuz 3 illik futbolçu icarə etməyə hazır olduqlarını bəyan ediblər.
Qeyd edək ki, hazırda xəstəxanada qəzadan sağ qalan Braziliya komandasının 3 futbolçusu müalicə olunur. Komanda ilə müxtəlif səbəblərdən Kolumbiyaya yollanmayan 9 futbolçu vətənində qalıb.
Emtv.az