18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Rövşən Lənkəranskinin sağ olmasına dair yenidən xəbərlər yayılıb- Foto
Dörd ay əvvəl Türkiyədə güllələnərək öldürülən azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin sağ olmasına dair yenidən xəbərlər yayılıb
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Aynur Zeynalova adlı istifadəçi sosial şəbəkədə yaydığı məlumatda Rövşən Lənkəranskinin sağ olmasına dair iddiaları yenidən səsləndirib.
O qeyd edib ki, Rövşən Lənkəranski Məhərrəm ayının 40-cı günü Lənkəranda, ata ocağında, ailəsinin, yaxınlarının yanında olub. Belə ki, azərbaycanlı avtoritet hər il olduğu kimi bu il də adət-ənənəsini pozmayıb: “O, hər il Məhərrəm ayının 40-da Lənkərana ata ocağına gəlirmiş… Bu il də adəti üzrə vəzifəsini yerinə yetirib”.
Aynur Zeynalovanın yazdığına görə, Rövşən Lənkəranskinin sağ olduğunu iddia edən etibarlı şəxslər var ki, onlar adlarının açıqlamasını istəmirlər.
Aynur Zeynalova ona azərbaycanlı avtoritetin hazırda harada və nə işlə məşğul olması haqqında da xəbərlər verildiyini iddia edib. Məsələ tam araşdırılandan sonra açıqlanması nəzərdə tutulur. Aynur Zeynalovanın öz şəxsi “Facebook” səhifəsindəki paylaşımını təqdim edirik:
“Hər il olduğu kimi bu il də adət-ənənəsini pozmayan böyük qardaşım (inciməsin yazıma görə)…Ay məni Rövşənin ölümünə inandıranlar, sizə səslənirəm, çəkinmədən, qorxmadan… Bilirəm ki, kimlər mənim yazdıqlarımı, paylaşdıqlarımı izləyir. Bəs deyirsiniz ki, Rövşən ölüb? Deyirdiz ki, hadisə belə olub, elə olub? Hətta hadisələri calaşdırıb gözümə soxanlar da oldu. Ortada “dəlil-sübut olmasa belə, bəlkə də haqlıdırlar, bəlkə də həqiqətən öldürülüb” öz-özümə deməyə başlamışdım.
Mən onsuz da araşdırmalarımı dayandırmamışdım. Mənə gələn yazıları, zəngləri, sözügedən insan haqda məlumatların hamısını araşdırdım. İndi də sizə belə bir yeni xəbər verirəm. Məhərrəm ayının 40-cı günü hörmətli avtoritet Rövşən Lənkəranski məhz Lənkəranda olub. Öz ata ocağında olub. Nə az, nə çox düz 4 gün orda qalıb. Anası, ailəsi, yaxın qohumları ilə görüşüb. Bunu Lənkərandan söyləyən şəxs heç də yalançı və uşağ-muşaq deyil.
Hələ o, çox sözlər dedi. Məncə bu qədər bizlərə bəsdir. Bu arada, gec də olsa Rövşən Lənkəranskinin dəfn mərasimində iştirak etmiş bir dövlət məmurundan aldığımız cavabı da bu yazıya əlavə etmək istəyirəm. “Bu dəfn mərasimi deyildi, bir dövlət tədbiri idi, hesab edin ki…Belə lazım idi, keçirdik, bitdi, hər kəs yenə öz yoluna… Araşdırmalarımızı yenə davam etdirəcəyik”.
Qeyd edək ki, Aynur Zeynalova Rövşən Lənkəranskinin sağ olmasına dair iddianı bir müddət əvvəl də səsləndirmidşi. Məlumatlara görə, A.Zeynalovanın qətlə yetirilən həyat yoldaşının da R.Lənkəranski ilə tanışlığı olub.