SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Erməni əsgərlərinin tabutları, Naxçıvanla sərhəddə BÖYÜK OYUN... – GÜNÜN SİYASİ XÜLASƏSİ

17-11-2016, 17:12 | Oxunub: 9 292 |

Erməni əsgərlərinin tabutları, Naxçıvanla sərhəddə BÖYÜK OYUN... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb. Helsinki Vətəndaş Assambleyasının İrəvan nümayəndəliyinin ofisinin araşdırmaları “aprel müharibəsi”nin sirlərini ortaya çıxarıb.Ermənistanın işğal etdiyi Azərbaycanın Qarabağ bölgəsində PKK düşərgələri qurulub. Saakaşvili Ukrayna vətəndaşlığından məhrum edilir.
Sarkisyan: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır”
“Dağlıq Qarabağda münaqişənin nizama salması yalnız güzəşt vasitəsilə mümkündür”.
Bunu Ermənistan prezidenti Serj Sarkisyan“Rusiya bu gün” agentliyinin rəhbəri Dmitri Kiselyova müsahibəsində deyib. “Biz anlayırıq ki, son qərar güzəştlərə əsaslanmalıdır”, - o, bildirib.
Ermənistan prezidenti qeyd etdi ki, İrəvan yalnız üç prinsip əsasında Bakı ilə danışıqlara qayıtmağa hazırdır.

Ermənistan prezidenti Serj Sarkisyan müsahibədə həmçinin Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün şərtlərini açıqlayıb və Türkiyəni öz öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.

“Bəli, gəlin təhlükəsizlik zonasını (Dağlıq Qarabağ ətrafındakı yeddi rayon-red) Azərbaycana verək, Türkiyə ilə sərhədlər açılsın. Sonra nə olacaq? Üç ay, yaxud altı ay sonra, ya da bir il sonra münaqişə olacaq və onlar sərhədləri yenidən bağlayacaqlar”, - deyə o bildirib.


Ankara və Moskvanın razılaşması: İrəvan əraziləri qaytarır
Ermənistan prezidenti Serj Sarkisyanın “Rusiya bu gün” agentliyinə müsahibəsi ermənilər tərəfindən birmənalı qarşılanmayıb.

Hərçənd, Sarkisyan bütün fikirlərində Qarabağ münaqişəsinin həlli üçün erməni maraqlarının təmin olunmasını vurğulayırdı. Ermənistan mediası isə Sarkisyanın dolayısı ilə əraziləri qaytarmağa hazır olduğunu açıqladığını yazıb.
“Lragir” saytı Kremlin Dmitri Kiselyovu Sarkisyana təzyiq etmək üçün göndərdiyini bildirib.

Qaçan ermənilər və azad olunan ərazilər - “Aprel müharibəsi”nin SİRLƏRİ
Azərbaycan Ordusunun “aprel müharibəsi” zamanı uğurlu əməliyyatlarını Ermənistan cəmiyyəti hələ də müzakirə edir.
Helsinki Vətəndaş Assambleyasının İrəvan nümayəndəliyinin ofisi araşdırmalar apararaq, Ermənistan ordusunda çatışmazlıqlarını üzə çıxarıb. May-iyun aylarında aparılan araşdırma nəticəsində ortaya şok faktlar çıxıb.

“Ermənistanın işğal etdiyi Azərbaycanın Qarabağ bölgəsində PKK düşərgələri qurulub. Həmçinin, Türkiyədə terror törədilməsi üçün hazırlanan partlayıcılarda istifadə olunan ammonyak nitrat maddəsi də PKK-ya Ermənistandan çatdırılır”.

Erməni əsgərlərinin tabutları, Naxçıvanla sərhəddə BÖYÜK OYUN... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Erməni əsgərlərinin tabutları, Naxçıvanla sərhəddə BÖYÜK OYUN... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Bu barədə Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksal Gülbey deyib.
Onun sözlərinə görə, Ermənistan rəsmiləri, xüsusilə diaspor nazirliyi Avropa və Türkiyədə PKK və digər terror təşkilatları ilə gizli əməkdaşlıq edir.
“Ermənistan PKK-ya logistik dəstək verir. Bu dəstək silah, təlim və Avropa ölkələrinə viza alınmasıdır. Avropadakı erməni səfirlər vasitəsilə hazırda gəmilərlə Mersin limanına gələn ammonyak nitrat kimyəvi maddəsi Ermənistan nömrəli TIR-lara yüklənir. TIR-ların tranzit keçidi olduğu üçün türk gömrükçüləri və polisləri araşdırma apara bilmir. Bu maddələr Gürcüstan, yaxud İran üzərindən Ermənistana daşınır. Orada həmin maddələr PKK-ya verilir. PKK da Türkiyədə terror aktlarını törətmək üçün bu maddələrdən partlayıcılar düzəldir”, - deyə o bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi zonasında silahlı insidentlərin araşdırılması mexanizmləri ideyasının müəllifi Rusiyadır.
O, bildirib ki, hələ 2011-ci ildə Soçidə keçirilən Azərbaycan Rusiya və Ermənistan prezidentlərinin görüşündə Rusiya Dağlıq Qarabağ münaqişəsi zonasında silahlı insidentlərin araşdırılması mexanizmləri işlənib hazırlanması ideyası ilə çıxış edib.
Erməni diasporu və Sorosun Naxçıvanla sərhəddə BÖYÜK OYUNU
Erməni diasporunun Naxçıvanla sərhəddə yerləşən Qars şəhərində gizli planlar qurduğu haqda məlumatlar yayılıb.
Erməni diasporunun bölgə ilə bağlı planlarına Soros Fondu da yaxından dəstək verir. Xüsusilə, bölgəyə xristian missionerlər göndərilərək, yerli müsəlmanlar arasında xristianlığın yayılmasına çalışırlar.

Türkiyədən “terror dəhlizi”nə ağır zərbə
Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusu (ASO) PYD-nin (PKK terror təşkilatının Suriya qolu –red.) “terror dəhlizi” planına ağır zərbə vurub.
ASO gücləri İŞİD terror təşkilatının nəzarətində olan strateji əhəmiyyətli Əl-Baba şimaldan daha da yaxınlaşıb. ASO gücləri Əl Kufayr və Kabbasin kəndlərini ələ keçirərək həm YPG-nin (PYD-nin hərbi qanadı) Əl-Baba gedən yolunu kəsib, həm də PYD-nin nəzarətindəki Afrin və Münbiçin birləşdirilmə planının üstündən xətt çəkib.
Məlumata görə, ASO gücləri Əl-Baba olan məsafəni şimalda bəzi bölgələrdə 1 kilometrə qədər azalda bilib. Əl-Babın ələ keçiriləcəyi halda PYD-nin Türkiyə sərhədində “Kürd dəhlizi”ni yaratma planı aradan qalxacaq.
Rusiya daha iki gəmisini Suriyaya göndərib
Suriyaya yük aparan Rusiyanın Şimal donanmasına məxsus böyük “Georgi Pobedonosets” desant gəmisi çərşənbə günü Qara dəniz boğazlarından keçərək Aralıq dənizi hövzəsinə daxil olub.
Rusiyanın Baltik donanmasına məxsus böyük "Korolyov" desant gəmisi isə Cəbəllütariq boğazından keçərək Aralıq dənizi istiqamətində hərəkət edib. Hər iki gəminin Suriyanın Tartus limanına yük aparmaq üçün yola çıxdığı ehtimal olunur. Orada Rusiya Hərbi Dəniz Qüvvələrinin Aralıq dənizində maddi-texniki təminat məntəqəsi yerləşir.

Erməni əsgərlərinin tabutları, Naxçıvanla sərhəddə BÖYÜK OYUN... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Erməni əsgərlərinin tabutları, Naxçıvanla sərhəddə BÖYÜK OYUN... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Ərdoğan: “İŞİD-in yanında Qərb var”
“Qərb hazırda İŞİD-in yanındadır. Ələ keçirdiyimiz silahların Qərb mənşəli olduğunu gördük”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistana səfəri çərçivəsində bu ölkənin parlamentində etdiyi çıxışında deyib.
“İŞİD ilə mübarizəmiz davam edir. Bu təşkilatın islamla heç bir əlaqəsi yoxdur. İŞİD-in islama verdiyi zərəri heç kim vermir. Bütün bunlar islam dünyasına qarşı edilir”, - Türkiyə prezidenti vurğulayıb.
Ərdoğan həmçinin Fəthulahçı Terror Təşklatının (FETÖ) bütün ölkələr üçün təhdid olduğunu deyib.
İki il Tramp üçün çox çətin keçəcək – Moskvadan PROQNOZ
Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitənin başçısı Konstantin Kosaçevin sözlərinə görə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Konqres arasında qarşıdurma ən yaxın iki il ərzində baş verəcək.
Onun sözlərinə görə, Konqres üzvləri üçün ABŞ-ın anti-Rusiya xəttinin saxlanılması siyasi mövcudluq məsələsidir.
“Əslində, cavab Rusiyaya qarşı hazırlanmır. Konqres üzvlərinin cavabı Rusiya və Suriya ilə bağlı yeni siyasət vəd edən Trampa qarşı hazırlanır. Təəssüf ki, Amerika Konqresi Trampın gələcək xarici siyasətinin bütün parimetrləri üzrə qırmızı bayraqları yerləşdirmək niyyətindədir. Tramp və Konqres arasında döyüş mütləq olacaq. Konqresdə demək olar ki, Trampın müttəfiqləri yoxdur. Konqressin yenilənməsi yalnız iki ildən sonra baş verəcək. Bu iki il Tramp üçün çox çətin keçəcək”, - Kosaçev yekunlaşdırıb.
Donald Tramp inaqurasiyadan sonra Rusiyaya gələcək. Bu haqda “İzvestiya” nəşrinə ABŞ-ın Respublikaçılar Partiyasındakı yüksək vəzifəli mənbə bildirib.
Qeyd edək ki, Donald Trampın inaqurasiyası yanvarın 20-nə nəzərdə tutulub.
Qanun layihəsi hazırlandı - ABŞ-da İNQİLABİ DƏYİŞİKLİK
Respublikaçı milyarder Donald Trampın qələbəsi demokratları hərəkətə gətirib. ABŞ-ın Kaliforniya ştatından olan senator Barbara Bokser ölkə prezidentinin birbaşa seçilməsi və Seçicilər Kollegiyasının ləğvini nəzərdə tutan qanun layihəsini Senata təqdim edib.
“Biz dünyada yeganə ölkəyik ki, səslərin daha çoxunu alaraq prezident seçkilərini uduzuruq”, - Bokser deyib.
“Fox News” kanalı qeyd edir ki, qanun layihəsi respublikaçı namizəd Donald Trampın qələbəsinə demokratların etirazıdır. Telekanal bildirir ki, qanun layihəsinin qəbul olunma şansı minimumdur, çünki yerlərin əksəriyyəti respublikaçılara aiddir. Hətta sənəd qəbul edilsə belə, ştatların dörddə üçü yeddi il ərzində qanunu təsdiqləməlidir. Bundan başqa, Birləşmiş Ştatlarda seçki sistemində dəyişiklik üçün konstitusiyaya dəyişikliklər etmək lazımdır.
Keçirilən sorğulara görə, amerikalıların 60 faizi ABŞ-da seçki sisteminin dəyişikliyini dəstəkləyir.
Saakaşvili Ukrayna vətəndaşlığından məhrum edilir
Vətənində keçirilən parlament seçkilərində məğlubiyyətə uğrayan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili növbəti zərbəni “ikinci vətəni” Ukraynada ala bilər.
Saakaşvilinin sözlərinə görə, Ukrayna prezidenti Pyotr Poroşenko onu məhkəmə vasitəsilə Ukrayna vətəndaşlığından məhrum etmək fikrindədir.
Saakaşvilinin məlumatına görə, prezident bu məsələni “Pyotr Poroşenko Bloku” fraksiyasının başçısının birinci müavini İqor Kononenko və Ali Radanın hüquqi siyasəti komitəsinin üzvü Aleksandr Qranovskiyə tapşırıb.
Ukrayna daxili işlər nazirinin məsləhətçisi İlya Kiva və Radikal Partiyasının lideri Oleq Lyaşko Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsini tələb edib.

Yuyucu toz çatmırdı - SSRİ-nin dağılmasının İLGİNC SƏBƏBİ
İndiyə kimi SSRİ-nin dağılma səbəbi ilə əlaqədar müxtəlif fikirlər deyilib. Belarus prezidenti Aleksandr Lukaşenkonun irəli sürdüyü səbəb hər halda yeni hesab oluna bilər: “Yuyucu tozun olmaması SSRİ-nin dağılmasına səbəb olub”.
“Sovet İttifaqının dağılması səbəbi nədir? Heç nə yazmayın, yuyucu tozu çatmırdı”, - Belarus prezidenti Minskdə keçirdiyi mətbuat konfransında deyib.
Belarus prezidenti xatırladıb ki, özü də bir dəfə yuyucu tozun 10-20 paketini almaq üçün növbədə dayanıb. Dövlət başçısı həmçinin “adi məsələlər”lə məşğul olmağa və “Sovet İttifaqının səhvi”ni düzəltməyə çağırıb.
Ömər Dağlı

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR